YUNESCO-nun bioetika üzrə müəllimlər üçün beynəlxalq treyninq-seminar

Avqust ayının 20-dən 24-dək AMEA-nın İnsan Hüquqları İnstitutunda  MDB ölkələrində ilk dəfə olaraq YUNESKO-nun  Bioetika  üzrə  müəllimlər üçün beynəlxalq treyninq-seminar keçiriləcək. Seminar YUNESKO-nun Baş ofisi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu və YUNESCO-nun Azərbaycan üzrə Milli Komissiyası ilə birgə təşkil olunacaq.

Müəllimlər üçün Bioetika treyninq-seminarının başlıca məqsədi aşağıdakılardır:

  • iştirakçıların Bioetika təlimi vasitələri və ehtiyatları ilə tanışlığı
  • iştirakçılara Bioetika tədrisinin metodologiyası və metodlarının öyrənilməsi
  • təcrübəli müəllimlərin rəhbərliyi altında iştirakçıların nümayiş etdirdikləri bacarıqların qiymətləndirilməsi

Treyninq-seminarı YUNESKO-nun Bioetika üzrə ekspertləri keçirəcəklər:

  1. Prof. Amnon Karmi (Xayfa Universiteti, İsrail)
  2. Prof. Daniella Keydar (Xayfa Universiteti, İsrail)
  3. Prof. Vüqar Məmmədov (İnsan Hüquqları İnstitutu, Azərbaycan)

Təlim Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun konfrans zalında keçiriləçək, AZ1143,Azərbaycan, Bakı, Hüseyn Cavid pr.31?www.ihr-az.org.

 

Treninqin programını ingilis dilində buradan köçürə bilərsiniz.




Dərc olunub : 2012-07-25 16:41:00
Oxunma sayı : 20