Misli görünməmiş erməni vandalizmi: ermənilər sonuncu Qarabağ xanının qızının məzarını açıblar

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun kafedra bölməsinin dosenti, tədqiqatçı-alim Rizvan Hüseynovun “Misli görünməmiş erməni vandalizmi: Ermənilər Ağdamdan sonuncu Qarabağ xanının qızının qalıqlarını oğurlayıblar” adlı məqaləsi işıq üzü görüb.
İşğaldan azad edilmiş Azərbaycan ərazilərinə müntəzəm səfəri çərçivəsində bu dəfə Ağdamı ziyarət edən alim məqalədə "vandalizmin, daha doğrusu, ritual iblisizmin nə olduğunu bilmək istəyirsinizmi? Baxın, erməni işğalçıları Ağdamdakı Qarabağ xanları və onun nəslinin nümayəndələrinin dəfn olunduğu İmarət kompleksini nəyə çeviriblər. Erməni vandalları XVIII əsrin bu misilsiz memarlıq kompleksini nəinki məhv və talan ediblər, burada donuz saxlayıblar, eyni zamanda şairə Xurşid-banu Natəvanın məzarını açıb qalıqlarını aparıblar” – deyə R.Hüseynov qeyd edib.
Rizvan Hüseynov XIX əsr Azərbaycanın görkəmli şairəsi, xeyriyyəçi Xurşidbanu Natəvanın sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı olduğunu, eləcə də onun təşəbbüsü və dəstəyi ilə Şuşa şəhərinmə içməli su çəkildiyini, burada su kəmərinin inşa edildiyini xatırladıb.
Alim məqalədə, həmçinin Ağdamın ermənilər tərəfindən işğalı zamanı dağılmış Qarabağ xanlarının və nəsillərinin dəfn olunduğu İmarət kompleksinin fotolarını da paylaşıb.
Məqaləni linkə daxil olmaqla oxuya bilərsiniz.


Dərc olunub : 11-03-2021

Oxunma sayı : 3