“Vətəndaş Cəmiyyəti Təşkilatları Ölçü Meyarı” Hesabatının ictimaiyyətə təqdimatı keçirilib

Mayın 5-də “Vətəndaş Cəmiyyəti Təşkilatları Ölçü Meyarı” adlı ölkə hesabatının  təqdimatı keçirilib. Qeyd edək ki, “VCT Ölçü Meyarı:VCT-lərə əlverişli mühitin yaradılması və onların imkanlarının genişləndirilməsi üçün kompas” layihəsi Qeyri-Kommersiya hüququ üzrə Avropa Mərkəzi (ECNL) və onun tərəfdaşları tərəfindən icra olunur. Vətəndaş cəmiyyətinə təsir edən siyasət və qanunlar sahəsində qabaqcıl Avropa mənbəyi və tədqiqat mərkəzi olan ECNL bilik bazası yaratmaqla, eyni zamanda vətəndaş azadlıqlarını qoruyan və genişləndirən standartların müəyyən edilməsinə kömək edir. 

MG Consulting MMC-nin Baş hüquqşünası Emin Rzayev hesabatın təqdimatında bildirib ki, “Hesabat - birləşmə azadlığını, bərabər rəftarı, maliyyəyə çıxışı, dinc toplaşmaq azadlığını, qərarların qəbulunda iştirak hüququnu, ifadə azadlığını, və s. sahələri əhatə edir.”.

E.Rzayev mövcud problemlərin aradan qaldırılması yollarının və əldə edilmiş nailiyyətlərin də hesabatda yer aldığını vurğulayıb.

Müzakirələr zamanı QHT Agentliyinin Məşvərət Şurasının üzvləri Günel Səfərova, Zaur İbrahimli və İsrail İsgəndərov, QHT nümayəndəsi Əliməmməd Nuriyev, və digər qonaqlar hesabata dair öz fikirlərini bölüşüblər.

Tədbirdə beynəlxalq təşkilatlar, yerli QHT-lər və bir sıra dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, Avropa İttifaqının nümayəndəsi də iştirak etmişdir.

 


Dərc olunub : 06-05-2023

Oxunma sayı : 53