“Qonaq elmi işçilərin mübadiləsi proqramı” uğurla həyata keçirilməkdədir

 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu ilə birgə elmi tədqiqatların aparılması məqsədilə “Qonaq elmi işçilərin mübadiləsi proqramı” həyata keçirilməkdədir.

   2015-ci ilin oktyabr-dekabr aylarındaCənubi Afrika North-West Universitetinin mütəxəssisi PetroduPreezelmi tədqiqatın aparılması məqsədilə İnsan Hüquqları İnstitutunda araşdırma aparmışdır. Petro du Preez “Demokratik institutların, vətəndaş və siyasi hüquq və azadlıqların inkişafında iqtisadi və sosial faktorların rolu” mövzusunda elmi araşdırma aparmışdır.

   22 Dekabr 2015-ci il tarixində qeyd olunan proqram çərçivəsində tədqiqatlar aparan tədqiqatçının elmi araşdırmaların təhlili və gördüyü işlərin nəticəsi haqqında yekun təqdimat keçirilmişdir.

   Təcrübə proqramının sonunda qeyd olunan iştirakçı proqramı başa çatdıraraq müvafiq sertifikatla təltif edilmişdir.

 

 




Dərc olunub : 2015-12-22 10:26:00
Oxunma sayı : 13