Avropa Şurasının dəstəyi ilə “Qlobal iqlim dəyişmələri milli konteksdə” mövzusunda ikigünlük seminar keçirilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Esmira Orucova Avropa Şurasının dəstəyi ilə BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Qlobal iqlim dəyişmələri milli konteksdə” mövzusunda ikigünlük seminarda iştirak edib. Covid-19 pandemiyası ilə mübarizə qaydalarına müvafiq olaraq açıq havada təşkil edilmiş tədbirdə iqlim dəyişikliyinin cəmiyyət və inkişafla qarşılıqlı əlaqəsi, ölkə iqtisadiyyatına, həssas qruplara təsiri, insanlara, ən əsası qadın və uşaqların həyat tərzinə, sağlamlığına vurduğu ziyanlar, yaranmış fəsadların elmi aspektləri araşdırılıb. “Vətəndaş təhsili və iqlim dəyişikliyi”, “Enerji qaynaqları uğrunda mübarizə sahəsi kimi gender tendensiyası”, “Qadınlar – iqlim dəyişikliyində iqtisadi cəhətdən aktiv bir qrup kimi”, “İqlim dəyişikliklərinin gənclərin sağlam həyat tərzi dəyərlərinə istiqamətləndirilməsi” kimi müzakirəsi vacib olan mövzularda maraqlı müzakirələr aparılıb.
Esmira Orucova “Həssas qruplara iqlim dəyişikliklərinin təsirləri, pandemiyadan sonrakı milli kontekst” istiqaməti üzrə iqlim dəyişiklərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zamanı zorla yaşayış yerlərini dəyişmək məcburiyyətində qalmış qaçqın və məcburi köçkünlərin, o cümlədən qadınların sağlamlığına, həyat tərzinə mənfi təsirləri ilə bağlı çıxış edib, vəziyyətdən çıxış yollarının araşdırılması ilə bağlı tövsiyyələrini təqdim edib.




Dərc olunub : 2022-10-05 10:36:00
Oxunma sayı : 56