İnformasiya texnologiyaları şöbəsi

Şöbənin telefonu : (012) 537-20-73/76 (dax.134)

 

Tural Oktay oğlu Hüseynov 18 may 1981-ci ildə Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsində teatr-dekor sənəti ixtisası üzrə təhsil alıb. 2002-2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsində dizayn (sahələr üzrə) ixtisası üzrə magistraturanı bitirib.

 

Əmək fəaliyyətinə 2004-cü ildən başlayıb. 2004-2005-ci illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, 2006-2008-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda aparıcı mütəxəssis vəzifəsində işləyib. 2008-2011-ci illərdə Azərbaycan Marketinq Mütəxəssisləri İctimai Birliyində layihələr üzrə dizayner, 2011-2023-cü illərdə “Ailə Həkimi” jurnalı redaksiyasında qrafik dizayner vəzifələrində çalışıb. BMT İnkişaf Proqramının, bir sıra beynəlxalq və yerli təşkilatların layihələrində dizayn və çap məhsullarının hazırlanması xidmətlərini həyata keçirib.

 

2023-cü ildən “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin Mətbuat və beynəlxalq əlaqələr şöbəsində qrafik dizayner vəzifəsində çalışıb. Hazırda İnstitutun İnformasiya texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Azərbaycan, türk, rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.

 

İnformasiya texnologiyaları şöbəsinin 3 nəfər əməkdaşı var.

 

Şöbənin fəaliyyət istiqamətləri:

 

·        İnstitutun vahid kompüter şəbəkəsinin, informasiya və proqram təminatının yaradılmasını və təkmilləşdirilməsini təmin edir;

·        İnstitutun rəsmi internet səhifəsinin, elektron poçt ünvanlarının fəaliyyətinin tənzimlənməsini, proqram təminatının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasını həyata keçirir;

·        İnformasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar tədbirləri yerinə yetirir;

·        Müvafiq sahənin inkişafını təmin edir;

·        Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.