Hüquqi tədqiqat şöbəsi

Zümrüd Zahir qızı Əlizadə 6 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirərək bakalavr dərəcəsi, 2013-cü ildə isə magistr dərəcəsi alıb.
2012-ci ildən 2015-ci ilədək Azərbaycan Respublikasının parlamentində hüquqşünas vəzifəsində çalışıb. 2015-2016-cı illərdə Türkiyə Respublikasının İstanbul şəhərində hüquqşünas olaraq fəaliyyət göstərib. 2019-cu ildən etibarən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin İnsan hüquqları və İnformasiya hüququ UNESCO kafedrasında müəllim kimi işə başlayıb. 2021-ci ildən 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikasının Ədliyyə Akademiyasında müəllim işləyib. 2025-ci ilin fevral ayından “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsində təlimçi-ekspert vəzifəsində çalışmağa başlayıb. Hazırda həmin İnstitutun Hüquqi tədqiqat şöbəsinin müdiri vəzifəsini icra edir.
Eyni zamanda, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin doktorantı, insan hüquqları sahəsində onlarca elmi məqalənin müəllifidir.
Azərbaycan, rus, ingilis və türk dillərində sərbəst danışır.
Hüquqi tədqiqat şöbəsinin 11 əməkdaşı var.
Şöbənin fəaliyyət istiqamətləri:
· Hüququn ayrı-ayrı sahələri üzrə, o cümlədən insan hüquq və azadlıqları sahəsində fundamental, tətbiqi elmi tədqiqat və araşdırmalar aparır, elmi-praktiki tövsiyələr hazırlayır;
· Qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak edir;
· Normativ hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsində iştirak edir;
· Hüquqi maarifləndirmə sahəsində fəaliyyət göstərir;
· Hüquq təhsilinin inkişafına töhfə verir;
· Beynəlxalq insan hüquqları təsisatlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı qərar və hesabatlarını təhlil edir və ümumiləşdirir.