Maliyyə şöbəsi
Gülşən Müzəffər qızı Xudadarova 1985-ci il fevralın 11-də anadan olub.
2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alıb. 2007-ci ildə təhsilini Xəzər Universitetində davam etdirərək “MBA in finance” üzrə magistr dərəcəsi alıb.
2008-2022-ci illərdə özəl və dövlət sektorunun bir sıra müəssisələrində mühasib və baş mühasib kimi fəaliyyət göstərib. Bu müddət ərzində “Bank of Baku” ASC-də lizinq üzrə mütəxəssis, Gənc Mühasiblər Birliyində maliyyə hesabatları üzrə mühasib, “Turan Lizinq” MMC və “Qafqaz Lizinq” MMC-də baş mühasib, 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində baş mühasib, Aztelekom MMC-nin Şimal-Şərq Regional filialında baş mühasibin müavini vəzifələrində çalışıb. Müxtəlif mühasibat forumlarında və beynəlxalq mühasibat uçotu təlimlərində iştirak edib. Hazırda “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin Maliyyə şöbəsinin müdiridir.
Azərbaycan, ingilis və rus dillərində sərbəst danışır.
Ailəlidir, 2 övladı var.
Maliyyə şöbəsinin 2 əməkdaşı var.
Şöbənin fəaliyyət istiqamətləri:
· İnstituta ayrılmış büdcə və büdcədənkənar vəsaitlərin qanunvericiliyin tələblərinə müvafiq qaydada icra olunmasını təmin edir;
· Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatlarının vergi orqanlarına təqdim olunmasını icra edir;
· Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məcburi dövlət sosial sığorta hesabatlarını müvafiq orqanlara təqdim edir;
· Alınmış mal-materialların mədaxil və məxaric əməliyyatlarının, əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, az qiymətli və tez köhnələn əşyaların uçotunu aparır;
· İnstitutun fəaliyyəti ilə bağlı bank əməliyyatlarını həyata keçirmək məqsədilə zəruri tədbirlər görür;
· Həyata keçirilən əməliyyatların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini, ona nəzarəti və məlumatların operativ təqdim edilməsini təmin edir, həmçinin mühasibat (maliyyə) hesabatlarını müəyyən olunmuş müddətlərdə tərtib edir.