Hüquq və kadrlar şöbəsi

Şöbənin telefonu : (012) 537-20-73/76 (dax.116)

İsaməddin İslam oğlu Xamoyev  1975-ci il yanvarın 27-də anadan olub. 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib.

2000-2003-cü illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında hüquqşünas, 2003-2013-cü illərdə Hüquq şöbəsinin rəisi, 2013-2014-cü illərdə Dövlət Dəniz Administrasiyasının tabeliyində Nəqliyyat və Texniki Təminat İdarəsinin müdiri, 2014-2015-ci illərdə Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin direktor müavini, 2015-2018-ci illərdə Mərkəzin direktoru, 2018-2021-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində “Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini, 2021-2022-ci illərdə həmin Agentliyin Qəzaların araşdırılması şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışmışdır.

Dövlət Dəniz Administrasiyası kollegiyasının qərarı ilə “Donanmanın fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Hazırda İnstitutun Hüquq və kadrlar şöbəsinin müdiridir.

Azərbaycan, rus və türk dillərində sərbəst danışır.

Ailəlidir, iki övladı var.

 

Hüquq və kadrlar şöbəsinin 4 əməkdaşı var.

 

Şöbənin fəaliyyət istiqamətləri: 

·         İnstitutun fəaliyyəti ilə bağlı hüquqi aktların hazırlanmasını və ekspertizasının həyata keçirilməsini təmin edir;

·         İnstitutun hüquqi və qanuni mənafelərinin müdafiəsini təmin edir;

·         kadr işinin, əmək münasibətlərinin tənzimlənməsinin təşkilini və təkmilləşdirilməsini təmin edir;

·         İnstitutun strukturunda kadr işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirir;

·         işçilər tərəfindən əmək intizamına əməl olunmasına nəzarəti həyata keçirir;

·         müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;