Redaksiya və nəşriyyat şöbəsi

Şöbənin telefonu : (012) 537-20-73/76 (dax.114)

İqrar Cəfər oğlu Məmmədli 1962-ci il iyunun 20-də anadan olub.

 

1990-1992-ci illərdə müstəqil mətbuatda çalışıb. 1992-ci ildən 2006-cı ilə kimi Milli Məclisin mətbu orqanı olan “Azərbaycan” qəzetinin Parlament şöbəsində müxbir kimi fəaliyyət göstərib. 2006-cı ildən 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda (sonradan Hüquq və İnsan Haqları İnstitutunda) böyük elmi işçi və baş redaktor vəzifələrində çalışıb.

 

Müxtəlif elm sahələrinə aid nəşrlərin redaktəsi üzrə 33 illik peşəkar təcrübəyə malik mütəxəssisdir. 2023-cü ildən “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin Redaksiya və nəşriyyat şöbəsinin müdiridir.

 

Azərbaycan, rus və türk dillərində sərbəst danışır.

Ailəlidir, 3 övladı var.

 

 

Redaksiya və nəşriyyat şöbəsinin 8 nəfər əməkdaşı var.

 

Şöbənin fəaliyyət istiqamətləri:

 

·        Öz fəaliyyətini “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qurur;

·        Çap məhsullarının nəşrə hazırlanması, istehsalı və yayımı ilə məşğul olan hüquqi və fiziki şəxslərlə təşkilati-yaradıcılıq və istehsalat təsərrüfat fəaliyyətini təmin edir;

·        Materialların hazırlanması zamanı tərcümə mətnlərində və müəllif mətnlərində müəlliflik hüququnu qorumaq şərtilə ixtisarlar və redaktə işləri aparır;

·        İnstitutun Nizamnaməsi ilə müəyyən edilmiş qaydada xüsusi bülletenlərin və digər nəşrlərin buraxılışını təmin edir;

·        Hüquqi maarifləndirmə işlərinin aparılmasında iştirak edir;

·        Müasir rəqəmsal texnoloji həll imkanlarından istifadə etməklə nəşr məhsullarını buraxılış məlumatları ilə təmin edir.