İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsi

Şöbənin telefonu : (012) 537-20-73/76 (dax.207)

 

Babayev Hamlet Akif oğlu 13 avqust 1977-ci il tarixdə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirərək bakalavr dərəcəsi, 2000-ci ildə magistr dərəcəsi almışdır. 1999-cu ilin mart ayından 2022-ci ilin mart ayınadək Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət edib. Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunda şöbə rəisinin müavini vəzifəsinə qədər yüksəlib. Hal-hazırda istefada olan polis polkovnikidir. 

 

2022-ci ilin mart ayından 2023-cü ilin noyabr ayınadək əmək fəaliyyətini “MG Consulting” MMC-də hüquqşünas vəzifəsində davam etdirib. 

 

2023-cü ilin dekabr ayından “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsində təlimçi ekspert vəzifəsində çalışıb. Hazırda “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiridir.

 

Müxtəlif elmi məqalələrin müəllifidir. Rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir, 2 övladı var.

 

İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin 7 nəfər əməkdaşı var.

 

     Şöbənin fəaliyyət istiqamətləri:

 

·         Hüquqi maarifləndirmə işlərinin aparılmasında iştirak edir;

·        Mərkəzin fəaliyyətinə elmi-praktiki dəstək verilməsinə öz profili çərçivəsində yardım edir;

·         Dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsində iştirak edir;

·       Azərbaycan Respublikasında ictimai-siyasi fikrin və hüquqi şüurun formalaşdırılmasında iştirak edir;

·         İnsan hüquqlarının beynəlxalq müdafiəsi mexanizmlərinin fəaliyyət təcrübəsini öyrənir və təşviq edir;

·         İnsan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı qərarlarının təhlili üzrə tədbirlər təşkil edir;

·         Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün insan hüquqlarının problemli məsələləri ilə bağlı təlimlər təşkil edir və keçirir;

·         Hüquqşünas məzunların stajorluq əsasında təcrübi vərdişlər mənimsəməsinə yardım edir;

·         Müasir rəqəmsal texnoloji həll imkanlarından istifadə etməklə insan hüquqları sahəsində distant təlimlər təşkil edir.