Mətbuat və beynəlxalq əlaqələr şöbəsi

Şöbənin telefonu : (012) 537-20-73/76 (dax.133)

İlqar Fərrux oğlu Ağasiyev 1972-ci il aprelin 1-də anadan olub.

 

İctimai vəkillik, ictimaiyyətlə və hökumətlə əlaqələr, qrantların idarə edilməsi, vətəndaş cəmiyyəti təşkilatlarının inkişafı, məcburi köçkün və qaçqın icmalarına yardım proqramlarının icrası, gənclərin və qadınların iqtisadi fəallığının inkişafı və təşviqi, fərdi inkişaf və karyera quruculuğu sahəsində təlim proqramlarının idarə olunması kimi sahələrdə 25 illik peşəkar təcrübəyə malik beynəlxalq mütəxəssisdir.

 

2010-2020-ci illərdə tanınmış beynəlxalq təşkilat “Counterpart İnternational”ın ölkə üzrə səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərib. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və ADA Universiteti tərəfindən dəstəklənən “Qadın İştirakçılığı Proqramı”na birbaşa rəhbərlik edib.

 

"ExxonMobil” neft korporasiyasının Azərbaycan nümayəndəliyində Hökumətlə və İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxs kimi şirkətin Korporativ Sosial Məsuliyyət proqramının icrasına cavabdehlik daşıyıb. Əfqanıstan, Yəmən, Sudan və s. ölkələrdə humanitar proqramların icrasında iştirak edib. 2023-cü ildən “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiridir.

 

Azərbaycan, ingilis, rus və türk dillərində sərbəst danışır.

Ailəlidir, 2 övladı var.

 

Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin 8 nəfər əməkdaşı var.    

 

Şöbənin fəaliyyət istiqamətləri:

 

·        Beynəlxalq təşkilatların və xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsini təmin edir;

·        Beynəlxalq, xarici və yerli media qurumları ilə əlaqələr qurur və inkişaf etdirir;

·        Sosial media sahəsində fəaliyyətin tənzimlənməsini icra edir;

·        İnstitutun fəaliyyətinin mediada işıqlandırılması və icra olunan layihələr barədə ictimaiyyətin məlumatlandırılmasını təmin edir;

·        Tədbirlərin təşkili fəaliyyətinin tənzimlənməsini həyata keçirir.