h.ü.f.d, dosent Aydın Cəmil oğlu Əliyev

Aydın Cəmil oğlu Əliyev 1948-ci il mayın 20-də Beyləqan şəhərində anadan olub. 1966-cı ildə orta məktəbi, 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1983-cü ildə isə Odessa Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1971-ci ildən başlayaraq əvvəl Bakıda, daha sonra Ukraynanın Odessa şəhərində daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1993-1997-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, 1997-1999-cu illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib, 17 fevral 1999-cu ildə yaşa görə ehtiyata buraxılıb. Müharibə veteranıdır.

 

2003-cü ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutuna dissertant qəbul olunub. 2010-cu ildə “Cinayət hüququ və kriminologiya: cəza-icra hüququ” ixtisası üzrə “Hərbi xidmət əleyhinə törədilən əməllərlə mübarizənin cinayət-hüquqi problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. 2005-2016-cı illərdə Fəlsəfə və Hüquq İnstitutunda, 2016-2022-ci illərdə Hüquq və İnsan Haqları İnstitutunda elmi fəaliyyətlə məşğul olub. 40-dan çox elmi məqalənin, 3 monoqrafiyanın, 2 tərcümə kitabının, bir neçə yaddaş kitabçasının müəllifidir.

 

Ekspertiza sahəsi:

 

  • Cinayət hüququ;
  • Cinayət prosesi;
  • Vəkillik;
  • Hərbi qanunvericilik;
  • Konstitusiya hüququ.