h.ü.f.d., dosent Romella Əli qızı Güləliyeva
Romella Əli qızı Güləliyeva 1953-cü il martın 29-da Laçın şəhərində anadan olub. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1977-2004-cü illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1985-ci ildə “Конфискация имущества как вид уголовного наказания” mövzusunda dissertasiya müdafiə edərək elmi dərəcə alıb.
2005-2016-cı illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda böyük və aparıcı elmi işçi, 2016-2022-ci illərdə isə Hüquq və İnsan Haqları İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 2010-cu ildən hal-hazıradək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. Hüquq üzrə fəlsəfə doktorudur.
95 elmi əsərin, o cümlədən cinayət hüququ üzrə 13 proqramın müəllifidir.
Ekspertiza sahəsi:
• Cinayət hüququ;
• Kriminologiya;
• Məhkəmə statistikası;
• Cəza-icra qanunvericiliyi