h.e.d. Ceyhun Yasinəli oğlu Qaracayev

Ceyhun Yasinəli oğlu Qaracayev 1965-ci il iyunun 20-də Bakı şəhərində anadan olub.

1987-1993-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə təhsil alıb.

1994-1997-ci illərdə Odessa Dövlət Hüquq Akademiyasının (ODHA) aspiranturasında təhsilini davam etdirib.

1998-ci ilin mart ayında “Müstəqil Dövlətlər Birliyində konstitusiya hüquq və azadlıqları və beynəlxalq hüquq standartları: Ukrayna, Rusiya və Azərbaycan təcrübəsində” mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.

2003-2006-cı illərdə “Milli təhlükəsizliyin təminatında insan hüquqlarının qanuni məhdudlaşdırılmasının həddi” mövzusu üzrə ODHA-da doktoranturada təhsil alıb.

2017-ci ildə “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi: nəzəriyyə və təcrübə” mövzusunda hüquq üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib (2018-ci ilin 13 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı əsasında ona hüquq üzrə elmlər doktoru elmi dərəcəsi verilib).

2019-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən Hüquq elmləri üzrə ekspert şurasının üzvüdür.

1982-1983-cü illərdə və 1985-ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı Şəhər Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində çalışıb.

1986-1989-cu illərdə USSR-in Odessa vilayəti üzrə daxili işlər orqanlarında milis əməkdaşı olub.

1997-1999-cu illərdə Odessa Milli Hüquq Akademiyasının Konstitusiya hüququ kafedrasının baş müəllimi olub.

1999-2006-cı illərdə “Azərbaycan Universitetinin” Konstitusiya hüququ kafedrasının müdiri vəzifəsində çalışıb.

2000-2008-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Akademiyasında Konstitusiya hüququ və hüquq nəzəriyyəsi kafedrasının dosenti olub.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti daimi komitəsinin eksperti olub.

2008-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Konstitusiya hüququ və dövlət quruculuğu sahəsi üzrə qanunvericilik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

1999-2016-cı illərdə Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti olub və 2017-ci ildən hal-hazıradək həmin kafedranın professorudur.

2010-2025-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi olub.

2016-cı ildən CPT-nin (İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin) müstəqil ekspertidir (mandatı 2028-ci ilədəkdir).

10 iyul 2018-ci ildə “Tərəqqi”, 27 may 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”, 2 fevral 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" medalları ilə, 13 iyul 2023-cü ildə 3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Azərbaycanda, habelə Ukrayna, Rusiya, Almaniya və digər ölkələrdə konstitusiya hüququ və insan hüquqlarına dair 140-dan çox nəşrin müəllifidir.

 

Ekspertiza sahəsi:

• Konstitusiya hüququ

• İnsan hüquqları