siy.e.ü.f.d., dosent Moisey Vladimiroviç Bekker

Moisey Vladimiroviç Bekker 1944-cü il martın 19-da Bakı şəhərində anadan olub. 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

 

1968-ci ildə “Azkimyatikintimontajtəmir” trestində arxiv müdiri vəzifəsində, 1969-cu ildə Azərbaycan SSR KTN-in Kənd təsərrüfatı elmləri və təbliğatı Baş idarəsində Nəşriyyat şöbəsinin redaktoru, 1974-1992-ci illərdə isə Azərbaycan SSR EA-nın “Elm” nəşriyyatında işləyib. 1992-ci ildə “Xəzərdənizneftqaz” İB-nin Normativ-tədqiqat stansiyasında çalışıb, 1993-1994-cü illərdə Bakı şəhəri 15 saylı ümumtəhsil məktəbində tarix fənnini tədris edib. 

 

1994-2001-ci illərdə Avropa yəhudiləri dini icmasının İdarə Heyətinin sədri olub. 1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında Siyasi Şuranın üzvü seçilib. 2007-2022-ci illərAMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda elmi fəaliyyətlə məşğul olub. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. 5 kitab və 60-dan çox  məqalənin müəllifidir. 

 

Ekspertiza sahəsi:

  • Millətlərarası münasibətlər;
  • Millətlərarası azlıqların hüquqları.