h.ü.f.d. Nail İbad oğlu Abbasov
Nail İbad oğlu Abbasov 1981-ci il martın 24-də Bakı şəhərində anadan olub. 1998-2002-ci illərdə bakalavr, 2002-2004-cü illərdə isə magistr pilləsi üzrə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2005-2023-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində çalışıb. 2010-cu ildə “Cinayət işlərinin birləşdirilməsi və ayrılması icraatı üzrə prosessual fəaliyyətin hüquqi tənzimlənməsi” mövzusunda dissertasiya müdafiə edərək elmi dərəcə alıb.
Hüquq üzrə fəlsəfə doktorudur.
Milli Aviasiya Akademiyasının doktorantıdır və “Azərbaycan Respublikasında məhkəmə ekspertizasının nəzəri və təşkilati-hüquqi əsaslarının inkişafı” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 2023-cü ildən hal-hazıradək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimidir.
47 elmi əsərin, o cümlədən 2 monoqrafiya və 2 metodik vəsaitin müəllifidir.
Ekspertiza sahəsi:
• Məhkəmə ekspertizası, kriminalistika;
• Mülki və mülki-prosessual hüquq;
• Cinayət prosesi.