Namiq Qubad oğlu İbrahimli
Namiq Qubad oğlu İbrahimli 1977-ci ildə Laçın şəhərində anadan olmuşdur. 1984-1994-cü illərdə Laçın rayon 4 nömrəli orta məktəbində, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində, 2005-2008-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.
1998-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmək Komitəsinin Milli Depozit Mərkəzinin Hüquq və audit ekspertizası və özəlləşdirmənin normativ-hüquqi təminatı şöbəsində mütəxəssis, Dövlət Əmlak Nazirliyinin Hüquq Departamentində mütəxəssis, sonra isə sektor müdiri vəzifələrində çalışmışdır. Ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.
2012-2017-ci illərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidmətində müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir.
2017-2023-cü illərdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyində əvvəlcə Müraciətlərin ekspertizası və icrası şöbəsinin, daha sonra Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2023-cü il tarixindən RİİB-in Şərqi Zəngəzur regional bölməsinin rəhbəri - baş mütəxəssis vəzifəsində işləmişdir.
01.02.2023-cü il tarixindən 03.10.2024-cü il tarixinədək “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı vəzifəsində işləmişdir.
05.10.2024-cü il tarixindən “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.
N.İbrahimli II Qarabağ müharibəsində Heydər Əliyev Fondunun Cəbhəboyu Qərərgahının rəhbəri vəzifəsində çalışmış və bu xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikası müdafiə nazirinin 26.06.2021-ci il tarixli 0192t nömrəli əmri ilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusu Baş Qərargah rəisinin 04.11.2022-ci il tarixli əmri ilə 8 noyabr – Zəfər Günü münasibətilə Fəxri fərmanla təltif olunmuşdur.
Ekspertiza sahəsi:
· Beynəlxalq hüquq; insan hüquqları;
· Əmlak hüququ;
· Vəkillik;
· Cəza-icra hüququ.