h.e.d., professor Rüstəm Fəxrəddin oğlu Məmmədov
1956-cı ildə aprel 30-da Bakı şəhərində anadan olub.
1974-1980-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
1980-cı ildən BDU-da Beynəlxalq ümumi hüquq kafedrasında professor assistenti, sonra isə müəllim, dosent və 1996-cı ildən kafedra müdiri vəzifəsində çalışıb.
1989-cu ildə Moskvada SSRİ Diplomatik Akademiyasında “Xəzərin hüquqi statusu” mövzusunda hüquq elmləri namizədi dərəcəsini (hüquq üzrə fəlsəfə doktoru) müdafiə edib.
1997-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Xaricdə yaşayan azərbaycanlılarla və beynəlxalq qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışıb.
2006-cı ildə BDU-da “İlin alimi” nominasiyasında seçilərək medalla təltif olunub.
2007-ci ildə AMEA-nın İnsan hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda “Xəzərin hüquqi statusu (nəzəri və praktiki məsələlər)” mövzusunda müdafiə edərək doktorluq dərəcəsi alıb.
2009-2010-cu illərdə BDU-da Beynəlxalq hüquq ixtisası üzrə Elmi şuranın sədri olub. Hal-hazırda ixtisaslaşmış elmi şuranın üzvüdür.
2011-2013-cü illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Komissiyasının üzvü olub.
Rüstəm Məmmədov Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, "Tərəqqi" medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi şərəfinə Yubiley medalı” və Türk Təhsil və Elm sahəsindəki böyük uğurlara görə "Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisi"nin Qızıl Medalına layiq görülüb.
35 kitabı çap olunub (dərslik və monoqrafiya) və 200-dən çox elmi məqaləsi 5 ölkədə, 4 dildə nəşr edilib.
Beynəlxalq hüquq sahəsində 56 aspirant yetişdirib, 3 Azərbaycan və 2 beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvüdür.
Ekspertiza sahəsi:
• Beynəlxalq hüquq;
• Xarici ölkələrin konstitusiya hüququ;
• Beynəlxalq dəniz hüququ;
• Beynəlxalq mübahisələrin həlli yolları, fəlsəfə və politologiya;
• Xəzər dənizinin beynəlxalq-hüquqi problemləri;
• Dağlıq Qarabağ və beynəlxalq hüquq və s.