Определение и сущность преюдиции в уголовном праве, равно научно-обоснованные аргументы за и против этого института, многочисленные исследования его историко-правовых и сравнительно-правовых аспектов всегда были в центре внимания доктрины уголовного права. Несмотря на то, что действующие уголовные законодательства некоторых государств на постсоветском пространстве (Россия, Узбекистан, Туркменистан, Таджикистан, Грузия, Киргизия, Беларусь, Казахстан), а также уголовные законодательства Азербайджанской Республики советского периода (1922, 1927, 1960) предусматривали административную преюдицию в некоторых нормах, в действующем уголовном законодательстве (1999) Азербайджанской Республики отсутствуют нормы с административной преюдицией. Автор статьи в соответствии со знаменитым высказыванием героя Уильяма Шекспира Гамлета «Быть или не быть – вот в чем вопрос» аргументирует свой ответ относительно административной преюдиции в уголовном праве Азербайджанской Республики.
Müəllif :
Самедова Ш.Т.
Nəşr tarixi : 2024
Kommersiya münasibətləri kontekstində sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsinin real təmin edilməsi mexanizmlərinin müəyyən edilməsi daima əhəmiyyətli məsələlərdən biri hesab olunmuşdur. Qeyd edilən məsələ üzrə beynəlxalq tənzimetmənin 19-cu əsrdə həyata keçirilməyə başlanmış və “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının hələ 1883-cü ildə qəbul edilməsi bu hüquqi məsələyə beynəlxalq diqqətin mövcud olduğunun əyani sübutu kimi qiymətləndirilə bilər. Bununla belə rəqəmsal inqilabi dəyişikliklər, informasiya texnologiyalarının sürətli inkişafı və bütün sahələrdə geniş istifadəsi biznes və kommersiya münasibətlərinə də təsirsiz ötüşməmişdir. Sənaye mülkiyyəti obyektləri həm əqli mülkiyyət hüququna dair bir kateqoriya, həm də iqtisadi kateqoriya olduğunu nəzərə alsaq, o zaman müasir dövrdə bu obyektlərin hüquqi mühafizəsinin təmin edilməsinin xüsusi əhəmiyyəti ilə seçildiyini qeyd edə bilərik. Rəqəmsal ticarət münasibətlərinin, transsərhəd kommersiya və biznes münasibətlərinin xarakteri nəzərə alınmaqla məqalədə sənaye mülkiyyəti obyektlərinin anlayışı və bu kateqoriya obyektlərin əhatə dairəsi, habelə müasir dövrdə transsərhəd münasibətlərdə tətbiq edilə bilən hüquqi mühafizə rejimləri araşdırılmışdır. Qeyd olunan istiqamət üzrə beynəlxalq sənədlərin tələbləri nəzərə alınmış, müxtəlif dövlətlərin normativ qanunvericiliyi və təcrübəsi baxımından müqayisəli təhlili aparılmışdır.
Müəllif :
Əliyev Ə.E.
Nəşr tarixi : 2024
Bakı şəhərində Kliniki Tibbi Mərkəzin (KTM) neyrotravma şöbəsinə 2021-2022-ci ilin 6 ayı ərzində daxil olmuş zərərçəkənlərin xəstəlik tarixləri və həmin xəstəlik tarixlərinin içərisində olan müasir müayinə metodlarının nəticələri təhlil edilərək öyrənilmişdir. Aparılan araşdırmalar və xəstəlik tarixlərinin tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, şöbəyə daxil olan və kəllə-beyin zədələnməsi ilə olan zərərçəkənlərin əksəriyyətində 97 zərərçəkmişdən 70-də kompüter tomoqrafiya müayinəsi aparılmışdır. Həmin müayinələr klinik diaqnozun düzgün və dəqiq müəyyən edilməsinə, eləcə də xəsarətlərin törənmə mexanizminin aydınlaşdırılmasına kömək edərək, rəyin obyektiv verilməsinə və ekspertizanın keyfiyyətinin yüksəlməsinə imkan yaradacaqdır.
Müəllif :
Ələkbərov E.İ.
Nəşr tarixi : 2024
Məqalədə ən əvvəl hüquq mənbələrinin maddi, ideoloji, idraki, formal və s. mənada anlamının fərqləndirilməsinin zəruriliyi qeyd olunur. Hüquq mənbələrinin fərqli anlamı müəyyən araşdırma dəyərinə malikdir. Bunların sırasında hüquq mənbələrinin maddi mənada anlamı daha mürəkkəbdir. Bu halda mənbə qismində cəmiyyətin maddi şəraiti, onun iqtisadi münasibətləri çıxış edir. Məqalədə xüsusi olaraq qeyd olunur ki, hüquq mənbələrinin formal mənada anlamı “hüquq formaları” anlayışı ilə üst-üstə düşür. Hər ikisi dövlətdə rəsmi olaraq tanınan hüquq normalarının ifadə formaları kimi çıxış edir. Məhz bu mənada hüquq mənbələri və hüquq formaları anlayışlarının eyniliyi müşahidə olunur. Müəllif yanaşmasına görə, hüquq mənbələrinə dair müxtəlif təsnifatlar hüquq mənbələrinin formal (hüquqi) və sosial olaraq daha məntiqli bölgüsü ilə əvəz edilə bilər. Bu zaman formal hüquq mənbələri qismində hüquqi sənədlər sistemini (normativ hüquqi akt, məhkəmə presedenti, normativ müqavilə və s.) nəzərdən keçirmək lazımdır.
Müəllif :
Yavərzadə Y.E.
Nəşr tarixi : 2024
Одним из основных аргументов, представляемых армянской диаспорой и Арменией о признании «геноцида армян» 1915 года, совершенного в Турции, является выдвижение доводов о том, что армяне должны быть отнесены к этнической группе, защищаемой Конвенцией о геноциде. В настоящей статье автором исследуются международная правоприменительная практика применения Конвенции о предупреждении преступления геноцида и наказании за него, а также различные позиции ученых по рассматриваемому вопросу. Обосновывается вывод о том, что армяне не могут быть признаны этнической группой в событиях 1915 года. Организованные действия подавляющей части армянского населения на стороне вражеских войск в вооруженной борьбе против Османского правительства, носили строго политический характер и на этом основании их следует считать политической группой.
Müəllif :
Салимова Л.К.
Nəşr tarixi : 2024
Məqalə müdafiəçinin prosessual hüquqlarının genişləndirilməsi, iştirakçı kimi digər şübhəli və təqsirləndirilən şəxslərdən asılılığın aradan qaldırılması, ona etiraz hallarının genişləndirilməsi məsələləri nəzərdən keçirilmişdir. Əsərdə qeyd olunur ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun əhəmiyyəti, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsində roludur. Müəlliflər vurğulayırlar ki, bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarını həyata keçirməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdınlmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Vurğulanır ki, müdafiəçinin peşəkar yardımından istifadə hüququnun təkminləşdirilməsinin məqsədlərindən biri şübhəli və təqsirləndirilən şəxslərin cinayət prosesində tərəflərin bərabərliyinə cəhdir, bu da bütün tərəflərin bərabər prosessual imkanlarını təmin edərək çəkişmənin əsasında duran müddəadır və həqiqətin müəyyən ediməsinə yönəlir. Müdafiəçi və müvəkkil arasında münasibətlər zamanı müdafiəçiyə etiraz institutu da cinayət təqibinə məruz qalan şəxsin mənafelərinin təmin edilməsinə xidmət edir. Qeyd olunur ki, bəzən şübhəli və ya təqsirləndirilən şəxslərin müdafiəçiyə inamsızlığı formalaşır. Müdafiəçi və müvəkkil arasında ziddiyətli vəziyyətin qarşısını almaq məqsədi ilə təklif olunur ki, müdafiəçiyə özü-özünə etiraz imkanı tanınsın və bu məsələsinin həlli məhkəməyə həvalə edilsin. Müdafiəcinin prosesdən kənarlaşdırılmasının əsasında onun fəaliyyəti haqda şübhəli və ya təqsirləndirilən şəxslərdə yarana biləcək şübhənin aradan qaldırılması ideyası durur. Belə hal olduqda müdafiəçinin, özü-özünə etiraz hüququ tanınması təklif edilir. CPM-də müdafiəçinin işdə iştirakını istisna edən əsaslar (CPM, maddə 114) təsbit edilib. Müəlliflərin fikrincə, bu halların dairəsinın şərti əsaslar hesabına qanunvericilik qaydasında genişləndirilməsi məqsədə uyuğundur və həmin şərtlər daxilində müdafiəçiyə müdafiədən imtina etmək hüququ tanınmalıdır.
Müəllif :
Qəfərov M.S., Rüstəmov R.H
Nəşr tarixi : 2024
İstənilən mədəniyyət, o cümlədən də siyasi və hüquqi mədəniyyət şüurun və real davranışın elementlərinin üzvü vəhdətindən ibarətdir. Cəmiyyətin siyasi-hüquqi mədəniyyəti toplumun və hər bir fərdin mövcud siyasi sistemə, hakimiyyətə, siyasi liderə, hüquqa, onun institutlarına və normalarına münasibətini və davranışını əks etdirdiyi kimi, eyni zamanda liderin də xalqa, ayrı-ayrı sosial qruplara, əks düşüncəliliyə, demokratiya və onun prinsiplərinə (hakimiyyətlərin bölgüsünə, azad və ədalətli seçkilərə, vətəndaşların siyasi iştirakına, söz azadlığına və s.), hüquqa, insan hüquq və azadlıqlarının müdafiəsi və realizəsi məsələlərinə münasibəti və davranışını səciyyələndirir. Məqalədə siyasi liderin xarizmasının cəmiyyətin siyasi və hüquqi mədəniyyətinin formalaşmasına və səviyyəsinə təsiri məsələləri araşdırılır, bütövlükdə xarizmatik lider anlayışının məzmun və mahiyyətinin açılıb göstərilməsinə cəhd edilir
Müəllif :
İsmayılov X.C.
Nəşr tarixi : 2024
Традиционное восприятие европейской модели конституционного контроля сформировалось во многом благодаря итальянскому ученому Пьеро Каламандреи, разработавшему в середине прошлого века классификацию конституционного контроля, одним из важнейших элементов которой является противопоставление централизованной и децентрализованной моделей конституционного контроля. Данная классификация основывалась на конституционном опыте весьма ограниченного числа государств, предусмотревших на тот период в своих правовых системах институт конституционного контроля. По прошествии нескольких десятилетий эволюция конституционного контроля в этих странах, а также его установление и развитие во многих других государствах позволяет иначе взглянуть на некоторые устоявшиеся понятия. В частности, проверка конституционности, осуществляемая по обращениям судов общей юрисдикции, превратила монополию конституционного суда на осуществление контроля за конституционностью в его монополию на обязательное для соответствующих субъектов признание нормы неконституционной. Кроме того, централизованность европейской модели еще более ослабляется в результате толкования судами общей юрисдикции законов в соответствии с Конституцией, которое по сути является «малым» конституционным контролем, призванным запрещать неконституционное содержание нормы, а не ее текст. Проверка «доконституционных» законов судами общей юрисдикции, проводимая в ряде стран, также свидетельствует о некоторой децентрализации европейской модели. Существующая во Франции практика взаимоотношений между Кассационным судом, Государственным советом и Конституционным советом свидетельствует, что в этой стране имеются три независимых высших судебных органа, каждый из которых может толковать Конституцию самостоятельно. Таким образом, централизованность европейской модели размывается рядом децентрализующих элементов, предусмотренных как на законодательном уровне, так и введенных судебной практикой различных конституционных судов.
Müəllif :
Исмаилов Р.Р
Nəşr tarixi : 2024
Bu yazıda beynəlxalq alqı-satqı müqaviləsindən yaranan mübahiələrdə iddia müddətinə tətbiq edilən hüquqla nəzəri mövqe təqdim edilir. Bu mövqenin əsaslandırılması istiqamətində dövlətdaxili qanunvericilik və beynəlxalq hüquq normaları müqayisəli təhlil edilir. Mövcud məhkəmə təcrübəsinə istinad edilir. Məhkəmənin hansı hallarda satıcının olduğu dövlətin hüququnu tətbiq edə bilməsi müəyyən edilir. Satıcının hüququnun tətbiqini istisna edən hallar araşdırılır. Məsələ ilə bağlı xüsusi təyinatlı maddi hüquq normaları təsbit edən beynəlxalq müqavilələrin üstün olaraq tətbiqi təhlil edilir. Eyni zamanda beynəlxalq sferada sistemləşdirilmiş maddi məzmunlu qaydaların tətbiqi imkanları müəyyən edilir.
Müəllif :
Turqay Hüseynov, Əlizadə Məmmədov, Mehriban Eyyubova
Nəşr tarixi : 2024
Məqalədə mülki hüququn əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipinin hüquqi və fəlsəfi təhlili aparılmışdır. Müəlliflər müqavilə azadlığını təkcə bir prinsip olaraq deyil, həmçinin nəzəriyyə olaraq təhlil edirlər. Müqavilə azadlığı ilə bağlı indiyə qədər aparılan tədqiqatlarda bu anlayışa sadəcə bir prinsip olaraq yanaşılmış, onun fəlsəfi və tarixi aspektləri kənarda qalmışdır. Roma müqavilələr hüququndan başlanğıcını götürən müqavilə azadlığı konsepsiyası həm nəzəri, həm də praktiki əhəmiyyətə malikdir. Müqavilə azadlığı ilə bağlı mülki hüquq ədəbiyyatlarında müxtəlif nəzəriyyələr qeyd edilmişdir, məhz həmin nəzəriyyələrin hüquqi təhlilləri məqalədə xüsusi olaraq vurğulanır. Azərbaycan Respublikasının mülki hüquq sistemi artıq çağdaş dövrün tələbləri ilə ayaqlaşır. Bu səbəbdən də məqalədə müqavilə azadlığı prinsipinin müasir təhlili aparılmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində müqavilə bağlamaq məcburiyyəti başlığı altında hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin məqalədə müqavilə bağlamaq məcburiyyəti müddəası ilə müqavilə azadlığının qarşılıqlı əlaqəsi və təsirləri qeyd edilmişdir. Həmçinin İsveç və Türkiyə mülki hüquqlarında əksini tapan dürüst davranma prinsipi ilə müqavilə azadlığı prinsipinin qarşılıqlı əlaqəsi qeyd edilmişdir.
Müəllif :
Ramazan Əsgərxanov, Sadiq Məhərrəmov
Nəşr tarixi : 2024