Multikulturalizm bərabər imkanların əsası kimi

Multikulturalizmdən danışark’n ilk növbədə müxtəlif etnos, dil və mədəniyyətlərin fərqliliyində və inkişafında eyni başlanğıc şəraitinin yaradılması nəzərdə tutulur. Məhdud imkanlı şəxslərə gəlincə, bu halda da bu sosial qrupa onların səciyyəvi xüsusiyyətləri nəzərə alınmaqla, bərabər hüquqların verilməsi başa düşülür. Bununla belə, bizə elə gəlir ki, burada “multihumanizm” terminini işlətmək daha məqsədəuyğun olardı. Qədim dövrlərdən etibarən bəşəriyyət məhdud imkanlı şəxslərlə bağlı qanunvericiliyi və onlara yanaşmanı təkmilləşdirmişdir. Çağdaş dünyada əhalinin bu qrupunun hüquqları dövlətin və beynəlxalq təşkilatların xüsusi himayəsi altındadır, çünki heç kim müxtəlif fəlakətlərdən və hadisələrdən sığortalanmayıb.

1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan əlillərin və məhdud imkanlı şəxslərin müdafiəsi üzrə bir sıra beynəlxalq konvensiyaları imzalamışdır. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasının 42-ci maddəsinin (“Təhsil hüququ”) II bəndinə əsasən, “Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

Məhdud imkanlı şəxslərin hüquqlarının təmin olunmasında strateji xəttin işlənməsi üzrə dövlətin fəaliyyətinin əsasını “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasinin qanunu təşkil edir. O, “əlilliyə səbəb olan amillərin aradan qaldırılmasına, əlillərin reabilitasiyasına yönəlmişdir və ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərə digər vətəndaşlarla bərabər imkanlar yaradılmasına təminat verir. Qanunun 15-ci maddəsində “Dövlət əlillərin təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir. Müvafiq icra hakimiyyəti orqanları sosial təminat və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə əlil uşaqların və yeniyetmələrin məktəbəqədər təlim-tərbiyəsini, dərsdənkənar vaxtlarda tərbiyəsini, fərdi psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən tədris proqramları üzrə məktəbəqədər, orta, texniki-peşə, orta ixtisas və ali təhsil almasını Azərbaycan, Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada təmin edirlər. Əlillərin təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən evdə tədris formasında və fərdi dərs planları üzrə həyata keçirilir. Dövlət əlillərin təlim və peşə hazırlığı üçün xüsusi olaraq pedaqoji kadrlar hazırlanmasını təmin edir”.

Məhdud imkanlı şəxslər də özlərinə və ətrafdakılara faydalı olmağa çalışırlar. Bu problem öz həllini 21-ci maddə tapmışdır. Yeri gəlmişkən, burada göstərilir: “Əlillərin peşə hazırlığı və ixtisasının artırılması fərdi reabilitasiya proqramına, və əlillərin reabilitasiyası haqqında dövlət proqramına uyğun olaraq təhsil

ocaqlarında, o cümlədən dövlət məşğulluq xidmətinin tədris mərkəzlərində müəssisələrdə və təşkilatlarda (ixtisaslaşdırılmış və ya ümumi tipli) əlillərə sosial yardım göstərən idarələr və onların ictimai təşkilatları ilə birlikdə təmin edilir. Dövlət məşğulluq xidməti əmək qabiliyyətli əlillərə onların peşə hazırlığı, yeni peşə öyrədilməsi və məşğulluq imkanlarını müəyyən etmək məqsədilə peşə yönümü xidməti göstərilməsini təmin edir”.

Qeyd etmək lazımdır ki, əlillərin əksər hissəsini zəif görənlər və zəif eşidənlər təşkil edirlər. Görünür, bu, müəyyən genetik sapmalarla əlaqədardır. Bununla belə, onlar cəmiyyətin sosial strukturlarına digərlərindən daha yaxşı uyğunlaşırlar. Elə həmin 21-ci maddə onlar üçün güşəştlər nəzərə tutmuşdur: “Görməyən və zəif görən uşaqlar Brayl yazı sistemi ilə çap olunmuş dərsliklərlə, danışan kitablarla, əyani vəsaitlərlə, xüsusi maqnitofonlarla, lupalar, əl ağacları, karlar eşitmə cihazları və digər tiflo-surdotexniki vasitələrlə təmin olunur, onlar üçün xüsusi məktəblər və səsyazma studiyası yaradılır, xüsusi kitabxanalar təşkil edilir”.

Peşə hazırlığı və ixtisasartırma dövründə əlillərin maddi təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada və şərtlərlə həyata keçirilir.

Yuxarıda sadalanan qanunlar “Avropa sosial xartiyası”na tam uyğundur. Biz aydınlaşdırdıq ki, məhdud imkanlı insanlar Azərbaycanda sosial güzəşt və xidmətlərin bütün növləri ilə təmin olunurlar. Bu cür şəxslərin təhsilinə və yenidən hazırlığına sərf olunan vəsaitlər son nəticədə böyük fayda verə bilər. Nümunə üçün heç də uzağa getmək lazım deyil. Məsələn, İsraildə mental və psixi pozğunluqları olan insanlar üçün hərtərəfli reabilitasiya həyata keçirilir və onlar ali təhsil almaq imkanı əldə edirlər.

İctimai zəruriliyə əsaslanaraq, əlilləri ictimai və istehsal fəaliyyətinə cəlb etmək məqsədilə Azərbaycan hökuməti Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası (24 oktyabr 2013-cü il) işləyib hazırlamışdır. Burada 1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması nəzərdə tutulur. Bu, 1.2.4. xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanmasını;

2.5. xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılmasını:

2.5.1. xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsini;

2.5.2. məktəbəqədər və ümumi təhsil müəssisələri təhsilverənlərinin inklüziv təhsil üzrə məqsədli əlavə təhsilinin təmin edilməsini nəzərdə tutur.

Hazırda inkülziv təhsil pedaqoji təfəkkürün son nailiyyəti hesab olunur və məhdud imkanlı uşaqların təliminin əsasını təşkil edir.

İnklüziv təhsilin hüquqi bazası: Ümumdünya İnsan Hüquqlaırı Bəyannaməsi (1948), Uşaq Hüquqları Bəyannaməsi (1959), Uşaq Hüquqları haqqında Konvensiya (1989), Uşaqların sağ qalması, müdafiəsi və inkişafının təmin olunması haqqında Ümumdünya Bəyannaməsi (1990), Əlil insanlar üçün bərabər imkanların yaradılması üzrə Standart Qaydalar (1993), Birləşdirilmiş təhsilin inkişafı haqqında 1994-cü ildə Salamankada qəbul edilmiş Bəyannamədən ibarətdir.

İnklüziv təhsilin tətbiq edilməsi ilə təkcə təhsil sahəsində işləyənlərin deyil, həmçinin bütün cəmiyyətdə məhdud imkanlı insanların hüquqlarının müdafiəsi və gerçəkləşdirilməsi məsələləri üzrə təfəkkürün dəyişilməsi kimi ciddi proses getməlidir. Bu proqram cəmiyyətin gələcək humanistləşməsinə kömək edəcək, qarşılıqlı yardım, dəstək və bir-birinin halına yanmaq ab-havası yaradacaq. Bu sistem təkcə yaxınlara şəfqət göstərməyi deyil, eləcə də onları başa düşməyi öyrədəcək. Bu cür insanlar təlim və ünsiyyət prosesində özlərini hamı kimi hiss edəcəklər.


Dərc olunub : 31-05-2017

Oxunma sayı : 37