İnstitutun nümayəndələri konfransda iştirak etmişlər

22 fevral 2023-cü il tarixində “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” hesabatının təqdimatı mövzusunda yekun konfrans keçirilmişdir. Konfransda Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və hüquq tədqiqatçısı Səidə Həsənzadə iştirak etmişlər.
Hesabat daxili qanunvericilik bazasının və siyasətin beynəlxalq standartlara daha da uyğunlaşdırılmasında Azərbaycanın səlahiyyətli orqanlarına dəstək olmaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlərə də diqqət çəkilmişdir. Hesabatda Azərbaycanda mühafizə orderləri ilə bağlı mövcud problemlər səsləndirilmiş və yerli qanunvericilik bazasının beynəlxalq standartlara daha da uyğunlaşdırılması üçün tövsiyələr verilmişdir.
Tədbirdə bir sıra dövlət qurumlarının məsul əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər iştirak etmişlər.




Dərc olunub : 2023-02-22 13:17:00
Oxunma sayı : 40