Arxiv

Əməkdaşımız “Gender problemi və müasir Azərbaycan” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

27 noyabr tarixində AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət Təhlükəsizliyinin hüquqi təminatı şəbəsinin böyük elmi işçisi Esmira Orucova mövcud ekstremal şəraitə uyğun olaraq ZOOM platforması üzərindən onlayn formatda Azərbaycan Universiteti və İngiltərənin Middlesex Universitetinin birgə təşkil etdikləri “Gender problemi və müasir Azərbaycan” adlı beynəlxalq konfransda “Silahlı münaqişələr zamanı insan hüquqlarının müdafiəsi gender müstəvisində” mövzusunda çıxış edib.

Ətraflı

Əməkdaşımızın “İqtisadiyyatın rəqəmsallaşma səviyyəsinin qiymətləndirilməsi metodikası” adlı məqaləsi dərc olunub

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin böyük elmi işçisi Səbinə Sadıx qızı Əsədovanın " İqtisadiyyatın rəqəmsallaşma səviyyəsinin qiymətləndirilməsi metodikası" (AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası.2020-ci il may-iyun. İqtisadi nəzəriyyə. Ümumi iqtisadiyyat, səh. 39-48) adlı məqaləsi dərc edilib.

Ətraflı

İşğalçı və separatçı Ermənistan 30 ildir ki, beynəlxalq hüquq normalarını pozur

Terror və soyqırımı siyasətini dövlət siyasətinə çevirmiş işğalçı Ermənistanın Azərbaycana qarşı qeyri-hüquqi ərazi iddiası artıq 30 ildir ki, davam edir. 1993-cü ildən Ermənistanın dövlət səviyyəsində Cenevrə Konvensiyalarına qoşulmasına baxmayaraq, hərbi əməliyyatlar nəticəsində yaranmış fəlakətləri yüngülləşdirmək məqsədi ilə tənzimləyən, silahlı münaqişələr dövründə tətbiq edilən yeganə qaydalar məcəlləsi olan və “müharibə hüququ” adlanan humanitar hüquq erməni hərbçiləri tərəfindən bu günə kimi kobudcasına pozulur.

Ətraflı

“Birləşmiş Ərəb Əmirliklərində gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfirliyi, AMEA Hüquq və İnsan Haqları İnstitutu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Əlaqələr şöbəsi və Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Birləşmiş Ərəb Əmirliklərində gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi” mövzusunda onlayn konfrans keçirilib.

Ətraflı

Əməkdaşımız epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması əməllərinin cinayət-hüquqi xarakteristikasını şərh edib

İnstitutumuzun "Cinayət hüququ və cinayət prosesi" şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Şəlalə Həsənovanın 24 iyul 2020-ci il tarixdə keçirilmiş Humanitar və İctimai Elmlər üzrə l Beynəlxalq Elmi konfransın materiallarını əhatə edən impakt faktorlu məqalələr toplusunda “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması əməllərinin cinayət-hüquqi xarakteristikası” adlı məqaləsi (səh.175-178) dərc olunmuşdur.

Ətraflı

Əməkdaşımızın məqaləsinə beynəlxalq standart kodu təyin olundu

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun "Cinayət hüququ və Cinayət prosesi" şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Hüseynovanın 24 iyul 2020-ci il tarixdə keçirilmiş Humanitar və İctimai Elmlər üzrə l Beynəlxalq Elmi konfransın materiallarını əhatə edən impakt faktorlu məqalələr toplusunda “İnsan alveri cinayətinin obyektiv əlamətlərə görə təhlili” adlı məqaləsi (səh.181-185) dərc olunmuşdur.

Ətraflı

Əməkdaşımız məqaləsinə görə Beynəlxalq Sertifikatla təltif olundu

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçisi Xəyalə Kələşovanın 24 iyul 2020-ci il tarixdə keçirilmiş Humanitar və İctimai Elmlər üzrə l Beynəlxalq Elmi konfransın materiallarını əhatə edən impakt faktorlu məqalələr toplusunda 17 avqust tarixində "Müasir konstitusionalizasiya:nəzəriyyə və inkişaf perspektivləri" adlı məqaləsi (səh.179-181) dərc olunmuşdur.

Ətraflı

“Gənclər 2020: Qlobal həmrəylik, davamlı inkişaf və insan hüquqları” mövzusunda Səmərqənd Veb Forumu keçiriləcək

12-13 avqust 2020-ci il tarixlərində “Gənclər 2020: Qlobal həmrəylik, davamlı inkişaf və insan hüquqları” mövzusunda Səmərqənd Veb Forumunun keçirilməsi planlaşdırılır. Beynəlxalq tədbirdə Azərbaycan Respublikasını AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə və Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərələliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, AMEA Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq hüquq şöbəsinin müdiri Ramin Qurbanov təmsil edəcəklər.

Ətraflı