Arxiv

Qlobal təhlükəsizlik məsələlərinə həsr olunan təlim keçiriləcək

26 sentyabr-04 oktyabr 2020-ci il tarixlərində Rusiya Federasiyasının Zveniqorod şəhərində PİR-SENTR Beynəlxalq Məktəb tərəfindən gənc diplomatların, hərbçilərin, beynəlxalq münasibətlər üzrə alimlərin və jurnalistlərin qlobal və regional təhlükəsizlik çağırışları barədə biliklərinin artırılması məqsədilə qlobal təhlükəsizlik məsələlərinə dair təlim təşkil olunacaq. Təlimdə iştirakla bağlı beynəlxalq nəqliyyat xərcləri göndərən qurumun hesabına, digər xərclərin isə PİR-SENTR tərəfindən qarşılanması nəzərdə tutulur.

Ətraflı

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə irəli sürdüyü təklifi qlobal liderliyin göstəricisidir

AMEA Hüquq və İnsan Haqları İnstitutunun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Rasim Ağasıyev ölkə prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə irəli sürdüyü təklif haqqında açıqlama verib.

Ətraflı

Erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki abidələrimizin vandalizmə uğradılması faktları araşdırılır

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni işğalı altında qalan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrimizin ermənilər tərəfindən vandalizmə uğradılması faktlarının indiyə qədər ictimaiyyətə məlum olmayan tərəflərini araşdırıb.

Ətraflı

Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

Ətraflı

Kollektivimiz institumuzun direktorunu təbrik etdi

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu olaraq illərdir ki, bizi bir kollektivdə cəmləyən, öz qayğıkeşliyi ilə daim yanımızda olan, gözəl, humanist insan, qayğıkeş rəhbər, dəyərli alim, İnstitutumuzun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadənin bu gün doğum günüdür.

Ətraflı

Əməkdaşımızın yeni məqaləsi dərc olundu

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin böyük elmi işçisi Esmira Orucovanın “Hüquqi müstəvi” elmi-nəzəri, təcrübi jurnalın № 4, 19 may 2020-ci il buraxılışında (səh. 147-156) " “Etnik münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi Dağlıq Qarabağ nıünaqişəsi müstəvisində” başlıqlı məqaləsi dərc olunub.

Ətraflı

Alimimiz daha bir erməni saxtakarlığını ifşa etdi

Tariximizin dövrlərini vərəqlədikcə orda tez-tez erməni saxtakarlıqları ilə rastlaşırıq. Əsasən də mənbələrdə, elmi ədəbiyyatlar da və arxiv materiallarının istifadəsi zamanı buna daha çox rast gəlirik. AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynovun 2013-cü ildə rus dilində dərc olunan “Армянское нагорье: географический термин или идеологическое орудие против Азербайджана?” adlı məqaləsində və 2015-ci ildə “Азербайджан и армянский вопрос на Кавказе” adlı çap olunmuş monoqrafiyasında bu cür erməni saxtakarlıqları ifşa olunmuşdur. Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu tərəfindən çap olunan bu monoqrafiya bir sıra Amerika və Avropa universitetlərində və ABŞ Konqresinin kitabxanasında istifadə olunur.

Ətraflı