Arxiv

COVİD-19 pandemiyasına hazırlığın gücləndirilməsinə çağırış

İslam İnkişaf Bankı (İİB) Transformasiya Fondu vasitəsilə COVİD-19 ilə mübarizədə qabaqcıl ideyaları dəstəkləyən çağırış elan edir. 01.04.2020-ci il tarixindən etibarən elan edilən “İnnovasiya çağırışı” üzv ölkələrin COVID-19 pandemiyasına hazırlığının gücləndirilməsini və pandemiya ilə mübarizəsini dəstəkləyir. Bu çağırış vasitəsilə İİB COVİD-19 pandemiyasının qarşısını almağa, sosial-iqtisadi təsirini minimuma endirməyə və üzv ölkələrin pandemiyalarla mübarizədə dayanıqlılığını inkişaf etdirməyə kömək edəcək ideyalara dəstəkləyir. Fond xüsusi olaraq COVID-19 ilə mübarizədə BMT-nin aşağıdakı 6 Davamlı İnkişaf Hədəfi ilə bağlı müraciətləri qəbul edir

Ətraflı

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə görüş keçirildi

Bu gün AMEA Hüquq və İnsan Haqları İnstitutunda institutun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən xanım Mustafazadə ilə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT)Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev arasında işgüzar görüş keçirilib. Görüşdə gündəlikdə olan cari və perspektiv işlər gözdən keçirilərək, gələcəkdə də davam etdiriləcək qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Ətraflı

Avropa Şurası biotibdə insan hüquqları ilə bağlı 2020-2025-ci illəri əhatə edəcək yeni strateji fəaliyyət planını qəbul edib

Avropa Şurasının Nazirlər Komitəsi 12 fevral 2020-ci il tarixində biotibdə texnologiyalar və insan hüquqları ilə bağlı Bioetika Komissiyası tərəfindən təqdim olunan 5 ili əhatə edəcək “yeni strateji fəaliyyət planı”nı dəstəkləyib. Bununla bağlı İnstitutumuzun “Hüquq sahələrinin müqayisəli təhlili” şöbəsinin elmi işçisi Səid Musayev təşkilatın rəsmi açıqlamasına əsaslanan, hazırladığı məlumatında qeyd edir ki, biologiya və tibb tətbiqi ilə əlaqədar olaraq insan ləyaqətini, insan hüquqlarını və fərdi azadlıqlarını qorumaq üçün hazırlanmış bu fəaliyyət planı texnoloji inkişafın və biotibbi təcrübələrin əsas çağırışlarına cavab verməyə xüsusi diqqət yetirir.

Ətraflı

AMEA-nın Azad Həmkarlar İttifaqı hesabat verib

Fevralın 20-də AMEA-nın Əsas binasında Azad Həmkarlar İttifaqının (AHİ) Məclisinin növbəti iclası keçirilib. İclasda qurumun sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov rəhbərlik etdiyi təşkilatın 2019-cu ilə dair hesabatını təqdim edib. Bildirib ki, ötən il elmi fəaliyyətlə məşğul olan şəxslərə dəstək vermək, onların əməyini qiymətləndirmək, maddi-sosial problemlərini həll etmək, o cümlədən mədəni-kütləvi mərasimlərdə iştirakını, asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilib.

Ətraflı

İslam İnkişaf Bankı 2020-2021-ci illər üzrə Təqaüd Proqramı elan edir

İslam İnkişaf Bankı tərəfindən (İİB) 2020-2021-ci illər üzrə Təqaüd Proqramı elan edilmişdir. Proqram çərçivəsində Azərbaycanda ən qabaqcıl universitetlərin birində bakalavr, magistr və doktorantura təhsilinin alınması, doktorantura təhsilindən sonra tədqiqat işinin aparılması, eyni zamanda peşə təhsilinin alınması və təlimlərin keçirilməsi üçün İİB-na birbaşa müraciət edilə bilər.

Ətraflı

Professor Rövşən Mustafayevin vəfatindan 11 il ötür…

Аrtıq 11 ildir ki, böyük аlim, görkəmli ictimаi хаdim Rövşən Fаiq оğlu Mustаfаyеv аrаmızdа yохdur. O, 1960-cı il оktyаbrın 5-də Bаkı şəhərində ziyаlı аiləsində аnаdаn оlmuşdur. 1977-ci ildə Аzərbаycаn Dövlət Univеrsitеtinin filоlоgiyа fаkültəsinə dахil оlmuş və 1982-ci ildə аli təhsilini bitirmişdir. 1988-ci ildə Аzərbаycаn Dövlət Univеrsitеtində nаmizədlik dissеrtаsiyаsı müdаfiə еtmiş, еlə həmin ildə «Yаzıçı» nəşriyyаtındа gənc аlimin еlmi şərhləri ilə «Mirzə Şəfi Vаzеhin nəğmələri. Unudulmuş və аz tаnınаn rus tərcümələri» şеirlər tоplusu çаp оlunmuşdur.

Ətraflı