Arxiv

İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin pozulmuş hüquqları beynəlxalq humanitar hüquq rakursunda araşdırılıb

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçi Esmira Orucovanın “Hüquqi müstəvi” elmi-nəzəri, təcrübi jurnalın 2021-ci ilin 2(6)-ci sayında (s. 135-143) “İkinci Qarabağ müharibəsi zamanı mülki əhalinin pozulmuş hüquqlarının beynəlxalq humanitar hüquq rakursunda araşdırılması” adlı məqaləsi dərc olunub.

Ətraflı

Azərbaycanda uşaqların sosial və hüquqi müdafiəsi müzakirə olunub

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialı mayın 31-də “Azərbaycan Respublikasında uşaqların sosial və hüquqi müdafiəsi: Parlament ölçüsü” mövzusunda videokonfrans keçirib.

Ətraflı

İşğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan “ağıllı kənd” layihəsi bərpa işlərinə töhfə verəcək

Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələ başlanıb. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası, quruculuq, inkişaf, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflər sırasındadır. Bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən işlər həyata keçirilir.

Ətraflı

Lider dövlətin imicinə zərbə vuran qərəzli addım

"“Erməni soyqırımı” məsələsinin nə qədər yalan, qondarma olduğunu Amerikanın tarixçiləri də çox gözəl bilirlər və bu haqda dövlətə dəfələrlə məlumat da vermişlər. Bunu C.Baydenin sələfləri də yaxşı blirdilər. Ona görə “soyqırım” ifadəsini dilə gətirmirdilər".

Ətraflı

Əməkdaşımız beynəlxalq dəyirmi masada iştirak edib

Aprelin 16-da Ukrayna Dövlət Fiskal Xidmət Universiteti tərəfindən “Dövlətin iqtisadi təhlükəsizliyi və hüquq mühafizə fəaliyyəti üzrə effektiv mütəxəssis hazırlığı sisteminin qurulması” mövzusunda onlayn formatda beynəlxalq elmi-praktiki dəyirmi masa təşkil olunmuşdur.

Ətraflı

Alimimiz “Təhsil hamı üçün” mövzusunda keçirilmiş vebinarda institutumuzu təmsil edib

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2021-ci il üçün Tədbirlər Planına uyğun olaraq aprel ayında YUNESKO-nun "Təhsil hamı üçün" mövzusunda vebinar keçirilib.

Ətraflı

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyətinin əsası tədqiq edilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun "Cinayət hüququ və Cinayət prosesi" şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Sevinc Hüseynovanın beynəlxalq indeksli "Hüquqi elmlər və təhsil" jurnalının yeni sayında "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyətinin əsası" adlı məqaləsi çap olunub.

Ətraflı

Fransanın təşkilatçılığı ilə keçirilən beynəlxalq vebinar Azərbaycan və Ermənistan alimləri arasında gərgin debatlarla yadda qalıb

15 aprel 2021-ci il tarixində Fransa Mədəniyyət Nazirliyinin nəzdində Milli İrs İnstitutu (Mİİ), “Europa Nostra” və Luvr Muzey Məktəbinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazın mədəni irsinin qorunması” mövzusunda beynəlxalq vebinar keçirilib. Vebinarın əsas məqsədi Cənubi Qafqaz bölgəsində mədəni, tarixi irsin qorunması istiqamətində qarşıya çıxan problemlərin təhlili və Avropanın müvafiq elmi mərkəzlərinə çatdırmaq olub.

Ətraflı

44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə cinayətləri

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin böyük elmi işçi Esmira Orucovanın “Elmi İş” beynəlxalq elmi jurnalınn Humanitar və İctimai Elmlər üzrə III Beynəlxalq Elmi Konfransının Materialları toplusunda “44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə cinayətləri” adlı məqaləsi dərc olunub.

Ətraflı