"Hüquq mənbələri" kateqoriyası - Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası) jurnalı №1 2024

Açıqlama:

Məqalədə ən əvvəl hüquq mənbələrinin maddi, ideoloji, idraki, formal və s. mənada anlamının fərqləndirilməsinin zəruriliyi qeyd olunur. Hüquq mənbələrinin fərqli anlamı müəyyən araşdırma dəyərinə malikdir. Bunların sırasında hüquq mənbələrinin maddi mənada anlamı daha mürəkkəbdir. Bu halda mənbə qismində cəmiyyətin maddi şəraiti, onun iqtisadi münasibətləri çıxış edir. Məqalədə xüsusi olaraq qeyd olunur ki, hüquq mənbələrinin formal mənada anlamı “hüquq formaları” anlayışı ilə üst-üstə düşür. Hər ikisi dövlətdə rəsmi olaraq tanınan hüquq normalarının ifadə formaları kimi çıxış edir. Məhz bu mənada hüquq mənbələri və hüquq formaları anlayışlarının eyniliyi müşahidə olunur. Müəllif yanaşmasına görə, hüquq mənbələrinə dair müxtəlif təsnifatlar hüquq mənbələrinin formal (hüquqi) və sosial olaraq daha məntiqli bölgüsü ilə əvəz edilə bilər. Bu zaman formal hüquq mənbələri qismində hüquqi sənədlər sistemini (normativ hüquqi akt, məhkəmə presedenti, normativ müqavilə və s.) nəzərdən keçirmək lazımdır.


Müəllif : Yavərzadə Y.E.
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 136

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir