Bu praktiki vəsait mülki hüquq üzrə praktiki təhlil bacarıqlarının formalaşdırılması məqsədi ilə hazırlanmış 44 kazusdan ibarətdir. Kazuslar vərəsəlik hüququ, əşya hüququ, öhdəlik hüququ, ailə əmlak münasibətləri, daşınmaz əmlak dövriyyəsi, nümayəndəlik, xarici elementli mülki münasibətlər və notariat fəaliyyəti ilə bağlı tipik hüquqi problemləri əhatə edir. Kazuslar müxtəlif xarici mənbələrdə istifadə olunmuş praktiki hüquq tapşırıqlarının fakt modelləri əsasında Azərbaycan hüquqi mühitinə uyğunlaşdırılmışdır. Mətnlər sözbəsöz tərcümə deyil; tədris məqsədi ilə yenidən işlənmiş, Azərbaycan mülki hüquq və notariat praktikası üçün aktuallaşdırılmışdır. Vəsaitin məqsədi hüquqi normanı mexaniki tətbiq etmək deyil, faktiki halları sistemli təhlil etmək, əsas və ikinci dərəcəli hüquqi məsələləri ayırmaq, hüquqi riskləri müəyyənləşdirmək və mülki-hüquqi nəticəni əsaslandırmaq bacarığını inkişaf etdirməkdir.
Müəllif :
Əli Hacıyev
Nəşr tarixi : 2026
“Turizm hüququ” fənnini öyrənməklə tələbə turizm biznesinin, onun müxtəlif təşkilati forma və növlərinin strukturunu, o cümlədən onun fəaliyyəti və vəzifələri təsvir etməli, turizm fəaliyyətinin hüquqi mahiyyətini izah etməli, turizmin uğuru üçün əhəmiyyət kəsb edən amilləri, o cümlədən spesifik hüquqi əsasları və bu əsasdan fəaliyyətlərini müəyyənləşdirməlidir. Turizmdə müxtəlif praktiki vəziyyətlərin öhdəsindən gəlmək üçün hüquqi həll yollarını təklif etməlidir. Bu dərs vəsaitinn əsas mahiyyətini turizmin hüquqi idarəetmə obyekti kimi strategiyası və taktikası, hüquqi idarəetmənin funksiyaları, turizm sənayesi müəssisələrinin hüquqi idarə olunmasının təşkilati quruluşu, turizm sənayesində müəssisələrin idarəetmə formaları, xidmət keyfiyyətinin idarə edilməsi, idarəetmədə müasir üsulların tətbiqi, işçilərin səmərəli idarə edilməsi, motivasiyanın əsas və prosessual nəzəriyyələri, idarəetmə qərarları, təhlükəsizliyin idarə edilməsi təşkil edir. “Turizm hüququ” dərs vəsaitindən otel sahibləri və menecerləri, texnologiya təsisçiləri, investorlar, turizm ixtisası üzrə təhsil alan tələbələr, eləcə də turizm sənayesi ilə maraqlanan və onun hüquqi təkamülünə ehtiyacı olan hər kəs istifadə edə bilər. Dərs vəsaiti müəllimlər və turizm üzrə mütəxəssislər üçün də faydalı ola bilər.
Müəllif :
Hətəmov Bəxtiyar
Nəşr tarixi : 2026
Bu kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə tərcümə edilərək çap olunub. Kitabın məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər Kitab hüquqşünaslar, mediatorlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Müəllif :
Ergül Ergin
Nəşr tarixi : 2025
Bu kitab Qərbi Azərbaycandan (indiki Ermənistan) zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq hüququnun tarixi, hüquqi və siyasi aspektlərini hərtərəfli təhlil edir. Qayıdış hüququ, sadəcə, siyasi qərar deyil, beynəlxalq humanitar hüquq, qaçqın hüququ və insan hüquqları çərçivəsində həll edilməli olan fundamental hüquqi məsələ kimi təqdim olunur. Kitab Qərbi Azərbaycan məsələsi ilə məşğul olan şəxslər, hüquqşünaslar, beynəlxalq hüquq mütəxəssisləri, diplomatlar, tarixçilər və politoloqlar, qaçqın və məcburi köçkünlərin hüquqları ilə məşğul olanlar, hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alanlar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutub.
Müəllif :
Qalib Qasımov
Nəşr tarixi : 2026
Bu metodik vəsait "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə Əsasən bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər çərçivəsində hazırlanmışdır.
Müəllif :
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi
Nəşr tarixi : 2026
The book was prepared by the Enlightenment Public Union "Ugur with the financial support of the Agency of State Support to NonGovernmental Organizations of the Republic of Azerbaijan within the framework of the project "New Challenges of Combating Human Trafficking in the Digitalized World". The views and opinions expressed in the book belong to the author and may not reflect the official position of the Agency of State Support to Non-Governmental Organizations of the Republic of Azerbaijan.
Müəllif :
Ph.D. in Law, Associate Professor Elovset Allahverdiyev
Nəşr tarixi : 2025