Kitabda təbiət obyektlərinin ekoloji-hüquqi rejimi, xüsusi mühafizə edilən təbiət obyektləri və komplekslərinin ekoloji-hüquqi mühafizəsi, insanın ekoloji-hüquqi statusu, sağlam ətraf mühitdə yaşamaq hüququ, xarici ölkələrin ekologiya hüququnun ümumi xarakteristikası, beynəlxalq ekologiya hüququ və s. məsələlər təhlil edilir.
Müəllif :
Daşqın Qənbərov , Əbülfəz Hüseynov
Nəşr tarixi : 2017
Mоnоqrafiya özündə Azərbaycan Rеspublikası cinayət qanunvеriciliyinin mənimsəmə və ya israfеtmə əməllərini nəzərdə tutan
cinayət hüquq nоrmasının ümumi хaraktеristikasını və təhlilini əks
etdirir. Mülkiyyət əlеyhinə оlan cinayətlərin növlərindən biri оlan
mənimsəmə və israfеtmə əməllərinin anlayışına, оnların ağırlaşdırıcı
və хüsusilə ağırlaşdırıcı hallarına, həmin əməllərin tövsifi məsələlərinə əsərdə хüsusi diqqət yеtirilir.
Müəllif :
Habil Qurbanov
Nəşr tarixi : 2020
Kitabda şəxsiyyətin məzmunu, dövlətin təşəkkülü və mahiyyəti, dövlətçilik haqqında böyük mütəfəkkirlərin fikirləri, Şumer və Quran möcüzələri, Şərq mədəniyyətinin Qərbə transformasiya yolları müxtəlif aspektlərdə təhlil edilir və bu sahə ilə əlaqədar çoxsaylı hikmətli sözlərdən istifadə edilir.
Müəllif :
Əli Rzayev
Nəşr tarixi : 2017
Dərs vəsaitində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının
milli məhkəmələr tərəfindən tətbiqinin nəzəri və praktiki məsələləri hüquq
ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq praktika və mühüm
beynəlxalq normalar, müxtəlif dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının milli qanunvericiliyi əsasında geniş təhlil edilmişdir.
Müəllif :
Bəhruz Məhərrəmov
Nəşr tarixi : 2016
Kitab Gürcüstanda yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası məqsədilə nəşr edilmişdir. Kitabda Gürcüstan
Konstitusiyası, təhsil və torpaq haqqında qanunlar, habelə milli
azlıqlarla bağlı beynəlxalq aktlar, konvensiyalar toplanmışdır. Kitab ali məktəb müəllimləri və tələbələri, Gürcüstanda yaşayan
soydaşlarımız, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə
tutulmuşdur.
Müəllif :
Gültəkin Hacıbəyli
Nəşr tarixi : 2008
Əlinizdəki əsər, daha əvvəl çap olunmuş “İnzibati İdarəetmə Hüququ”
kitabının redaktə və əlavələr edilmiş 2-ci basqısıdır. İlk çap edilmiş əsərin
qalmaması, inzibati orqanlar strukturunda islahatların aparılması, habelə yeni
qəbul olunmuş inzibati hüquq qanunvericiliyi yeni kitabın yazılmasını tələb
edirdi. Bütöv əsərin yazılması 4 il kimi uzun müddət tələb etdi. İnzibati hüquq,
hüquqi dövlətin hüququdur. Bu cəhətdən baxıldıqda, bu kitabın yazılması da
zəruri idi, Çünki ölkəmizdə hüquqi dövlətin bərqərar olunması, müstəqilliyimiz
və dövlətçiliyimiz üçün ən əhəmiyyətli hədəflərdən birisidir.
Müəllif :
Fərhad Mehdiyev
Nəşr tarixi : 2010
Bu kitab Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) maliyyə dəstəyi
ilə dərc olunub. Kitabdakı nəticələr və şərhlər Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin (GIZ) mövqeyini əks etdirmir.
Müəllif :
Şəlalə Vəliyeva
Nəşr tarixi : 2012
Monoqrafiyada Birləşmiş Millətlər Təşkilatının müxtəlif dövrlərdə narkotiklərlə bağlı qəbul olunmuş konvensiyalarını zəruri edən amillər, bəşəriyyət üçün qlobal təhlükə mənbəyinə çevrilən bu bəlaya qarşı mübarizənin qarşılıqlı əməkdaşlıq şəraitində təşkili yolları, dünyanın bəzi dövlətlərində və Azərbaycanda narkosituasiya narkotik cinayətkarlıqla mübarizədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyinin rolu araşdırılır.
Müəllif :
Sadir Məmmədov
Nəşr tarixi : 2006
Kitab şəklində təqdim edilən monoqrafiyada presedent hüquq ideologiyasına əsaslanan presedent hüquq nəzəriyyəsi, onun elmi modelləri, presedentlərin mülki hüquqda yeri və rolu, onların məhkəmələr
tərəfindən təcrübədə tətbiqi ilə bağlı nəzəri tədqiqata yer verilmişdir.
Özünün elmi əsaslandırılmış arqumentləri və müvafiq praktik əhəmiyyəti ilə aktuallıq kəsb etməklə, monoqrafiyada presedent hüququ
üzrə beynəlxalq və milli hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyinə, müxtəlif dövlətlərin qanunvericilik və məhkəmə təcrübəsinə
əhatəli şəkildə müraciət edilmişdir.
Müəllif :
Xamis Seyranov
Nəşr tarixi : 2018