Monoqrafiyada Azərbaycanda hüquq sahələrindən birinin - cinayət hüququnun inkişaf tarixi ilk dəfə olaraq sistemli şəkildə tədqiq edilir. Tədqiqat materialı qədim dövrlərdən başlayaraq 1920-ci ilə qədər olan bir dövrü əhatə edir.
Müəllif :
Mehman Dəmirov, Ələsgər Ələsgərli
Nəşr tarixi : 1999
Kitab müasir beynəlxalq hüquqda və müstəqil
Azərbaycan Respublikasının hüququnda qaçqınların və
məcburi köçkünlərin hüquqları institutunun formalaşması və inkişafı, bu sahədə normativ bazanın inkişaf etdirilməsi və təkmilləşdirilməsinin araşdırılmasına həsr edilmişdir. Ölkəmizdə qaçqınların və məcburi
köçkünlərin problemləri ətraflı şəkildə təhlil edilmişdir.
Müəllif :
Rüstəm Məmmədov, Sima Süleymanlı, Xətai Abbasov
Nəşr tarixi : 2016
"Cinayətkarlığın elm kimi öyrənilməsi" kitabında cinayətkarlığı doğuran səbəb və şəraitə həm ümumi, həm də cinayətlərin konkret növ və cəhətləri baxımından aydınlıq gətirilir, cinayətkarlığın profilaktikası və xəbərdarlığı problemləri barədə mülahizələrə geniş yer verilir.
Müəllif :
Şəmsəddin Əliyev
Nəşr tarixi : 2012
Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin əsaslı şəkildə təzələnməsindən sonra adı çəkilən problemin tədqiqi və həlli ilə bağlı son dərəcə az təhlillər aparılmışdır və müasir tələbatlar baxımından onları kifayətedici hesab etmək olmaz. Odur ki kitabda əməlin cinayət olmasını istisna edən halların tarixi aspektlərinə, anlayışına, onların sosial-hüquqi təbiətinə və əhəmiyyəti məsələlərinə xüsusi diqqət yetirilmişdir.
Müəllif :
Habil Qurbanov
Nəşr tarixi : 2014
Azərbaycanın dövlət və hüquq tarixi kitabı ibtidai icma dövründən XXI əsrin əvvəllərinə qədər Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdən, onların ictimai quruluşundan, dövlət quruluşundan
və hüququn inkişaf xüsusiyyətlərindən bəhs edir. Kitab tələbələr,
müəllimlər, elmi işçilər, hüquq-mühafizə sistemində çalışan kadrlar
və geniş oxucular üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Rahib Əkbərov, Sadıq Səlimov
Nəşr tarixi : 2003
Hüquqları öyrənmək insana hava, su, qida kimi olduqca vacibdir. Bir insan hüquqlarını öyrənərsə, özünü hüquqi cəhətdən bilikli hesab edərsə, bütün imkanlardan da daha asan və səmərəli istifadə edə bilər. İstər ailədə, istər məktəbdə, ümumiyyətlə isə həyatımızın
bütün sahələrində hüquqlar bizi müşayiət edir. Ona görə də biz onları lazımınca bilməliyik. Unutmamalıyıq ki, yaşımızın üstünə yaş gəldikcə, yəni biz bir yaş böyüdükcə hüquqlarımızın da sayı artır. Biz hər yaş dövrümüzdə istifadə etməli olduğumuz hüquqlarımızı, eləcə də vəzifələrimizi bilsək heç zaman kimsə bizə irad tuta bilməz.
Müəllif :
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Nəşr tarixi : 2013
Müasir Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu səmərəli və məqsədyönlü islahatlara, bazar iqtisadiyyatı münasibətlərinə, beynəlxalq hüquq normalarına, inkişaf etmiş sivil dövlətlərin təcrübəsinə, mülkiyyətin müxtəlif formalarına, dövlətin
ümumi inkişafının əsasını təşkil edən elmin və təhsilin uğurlu nəticələrinə və digər müsbət keyfiyyətlərə əsaslanır. Bu yolda Azərbaycan Respublikasının hər bir vətəndaşının üzərinə layiqli vətəndaş vəzifəsi düşür.
Müəllif :
Alış Qasımov, Oruc Məmmədov, Mehdi Abdullayev
Nəşr tarixi : 2012
Dərs vəsaitində investisiya münasibətlərinin beynəlxalq-hüquqi tənzimlənməsinin (beynəlxalq investisiya hüququnun) nəzəri və praktiki məsələləri beynəlxalq hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq praktika və bu istiqamətdə qəbul edilmiş mühüm beynəlxalq normalar (universal, regional və ikitərəfli), o cümlədən müxtəlif dövlətlərin dövlətdaxili (milli) qanunvericiliyi əsasında geniş təhlil edilir.
Müəllif :
Əli Gözəlov
Nəşr tarixi : 2008
İnsan amilinin yüksək dəyərə malik olması qəbul edilmiş bir sıra Beynəlxalq Bəyənnamələrdə öz əksini tapmışdır. Respublika Konstitusiyası bu amili lazımınca dəyərləndirməklə insanların hüquq və azadlıqlarının gözlənilməsinin və qorunmasının qanunvecilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olmasını qətiyyətlə təsbit etmişdir.
Müəllif :
İbrahim İsmayılov
Nəşr tarixi : 2009
Xarici ölkələrin dövlət və hüquq tarixinə həsr olunmuş dərslik qədim və orta əsrlərin dövlət və hüququnu əhatə edir. Kitabda qədim və orta əsrlər dövrləri çərçivəsində əsas dünya ölkələrinin dövlət və hüququ işıqlandırılır. Dərslikdə dövlət və hüququn konkret tarixi inkişaf qanunauyğunluqları göstərilməklə dövlətlərin meydana gəlməsi və inkişafı, onların ictimai və dövlət quruluşu xronoloji ardıcıllıqla izlənilir, hüququn əsas cəhətləri, səciyyəsi, mənbələri, təsisatları göstərilir və şərh edilir. Əsərdə ibtidai icma quruluşundan quldarlıq dövlətinə, sonra feodal quruluşunun yaranması və inkişafı mərhələsinə keçid ətraflı əks etdirilir.
Müəllif :
Məsumə Məlikova , Elbəy Nəbiyev
Nəşr tarixi : 2005