Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri Respublikada dövlət quruculuğu prosesini təşkil etmək idi ki, Heydər Əliyev bunu uğurla həyata keçirdi. Azərbaycanda insan, söz və din azadlığı, dil və vicdan azadlığı demokratik, sivilizasiyalı cəmiyyətin yaranmasına imkan verən şərtlərdir ki, müstəqil Azərbaycan dövlətində məhz 1993-cü ildən başlayaraq bu prinsiplər bərqərar olmağa başladı. Ulu Öndərin hakimiyyətə gəlişi ilə insan hüquqlarının qorunması üçun bütün təminatlar yaradıldı.
Qiymətləndir