Azərbaycan SSR-nin ilk İslah-Əmək Məcəlləsi təhlil edilir, onun sonrakı məcəllələrdən fərqli xüsusiyyətləri nəzərdən keçirilir, cəzaların icrası qanunvericiliyinin inkişafındakı əhəmiyyətinə toxunulur.
Müəllif :
Musa Hümbətov
Nəşr tarixi : 2026
Cinayətkarın şəxsiyyətinin öyrənilməsi hüquq psixologiyasının əsas istiqamətlərindən biri hesab edilir. Cinayətkarın şəxsiyyəti xüsusi və fərqli kateqoriya olmaqla özündə müxtəlif xüsusiyyətləri cəmləyir. Həmin xüsusiyyətlərin öyrənilməsi isə öz növbəsində cinayətkarın formalaşmasına kömək edən psixoloji amillərin müəyyən edilməsinə, gələcəkdə formalaşa biləcək cinayətkarın risk amilləri üzrə müəyyən edilməsinə və profilaktik tədbirlərin hazırlanmasına yardımçı ola bilər. Eyni zamanda cinayətkarın şəxsiyyətinin xüsusiyyətlərin müəyyən edilməsi üçün ilk öncə müəyyən mərhələlər üzrə cinayətkarın şəxsiyyətinin formalaşmasına təsir edən amilləri qruplaşdırmaq zəruridir. Əks halda, məsələyə kompleks yanaşmaq qeyri-mümkün ola bilər. Qeyd olunan məsələnin tədqiqi isə ümumi olaraq sosial, psixoloji, bioloji səviyyədə aparılır. Beləliklə, bütün bunları nəzərə alaraq məqalədə cinayətkarın şəxsiyyətinin öyrənilməsi səviyyə və üsulları təhlil ediləcəkdir.
Müəllif :
Yəhya Abdullalı
Nəşr tarixi :
Bu məqalədə Azərbaycan Respublikasında informasiya cəmiyyətinin qurulmasının hüquqi çərçivəsi araşdırılır və belə bir nəticəyə gəlinir ki, informasiya cəmiyyətinin qurulmasının hüquqi çərçivəsi ilk növbədə müvafiq sahədə dövlət siyasətinin əsaslarının müəyyən edilməsi ilə bağlıdır
Müəllif :
H.B.Hacıyev
Nəşr tarixi : 2025
Bu məqalədə yenidən baxılma mexanizminin hüquqi mahiyyəti, prosessual çərçivəsi və praktiki tətbiqi təhlil edilir. Xüsusi diqqət beynəlxalq insan hüquqları standartlarının — xüsusilə Avropa İnsan Hüquqları Konvensiyasından (AİHK) və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) məhkəmə təcrübəsindən irəli gələnlərin — Azərbaycanın milli hüquq sisteminə inteqrasiyasına yetirilir.
Müəllif :
Lalə Məmmədova
Nəşr tarixi : 2025
Bu məqalədə dayanıqlı inkişafın və vətəndaş cəmiyyətinin fəaliyyətinin konstitusiya və hüquqi təminatları təhlil edilir. Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsində konstitusiya normalarının, xüsusi qanunvericiliyin və beynəlxalq standartların rolu araşdırılır. Sosial kapital və kommunikativ fəaliyyət konsepsiyaları da daxil olmaqla, vətəndaş cəmiyyətinin nəzəri əsasları nəzərdən keçirilir.
Müəllif :
Mehriban Babaxanova
Nəşr tarixi : 2025
Tədqiqatın məqsədi alqoritmik sübutların tətbiqi hüdudlarını müəyyənləşdirmək və cinayət prosesində onların məqbulluq sərhədlərini dəqiqləşdirməkdən ibarətdir. Müəllif alqoritmik məlumatların sübut kimi istifadəsi üçün ümumi hüquqi çərçivələrin müəyyən edilməsi zərurətindən çıxış edir. Alqoritmik sübutlar nəzarət olunma, mütənasiblik və müdaxilənin minimallaşdırılması prinsiplərinə cavab verməli və məhkəmə qiymətləndirməsinə tabe tutulmalıdır.
Müəllif :
Mәtanәt Əsgәrova
Nəşr tarixi : 2025