Məqalədə dördüncü sənaye inqilabı dövründə hüquqi tənzimlənmənin rolu qabardılır və istiqamətin perspektivləri aşıqlanır. Qeyd olunur ki, dünyada hüquqi tənzimləmənin səmərəliliyi cəmiyyətin hüquq fenomeni ilə tanışlıq dərəcəsindən asılı olacaq. 4.0 sənaye inqilabının tələb və standartlarına uyğunlaşdırılmış hüquqi tədrisə dair tezisləri aşıqlanır. Müəllif razılaşır ki, 4.0 sənaye inqilabının gedişində hüququn tədrisinin ən ümdə məqsədlərindən biri, digər elmlər və tədris fənləri kimi, “futurist təfəkkürə malik insanların” yetişdirilməsinə səy göstərmək olmalıdır.
Müəllif :
Ramin Əliyev
Nəşr tarixi : 2022
Məqalədə nikahın pozulması haqqında işlər üzrə məhkəmə baxışının xüsusiyyətləri təhlil edilir. Bu məqsədlə hüquq doktrinasın və milli qanunvericiliyin mövqeyi araşdırılır. Eyni zamanda məhkəmə təcrübəsi analiz edilir, problemlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun qərarlarının təcrübi əhəmiyyəti təhlil edilir. Qeyd olunur ki, nikahın məhkəmə qaydasında pozulmasının prosessual xüsusiyyətləri bir qayda olaraq iki şərtlə müəyyən edilir: 1) ər-arvadın qarşılıqlı razılığının olması ilə; 2) ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olması ilə.
Müəllif :
İsmayıl Qəribli - Naxçıvan Dövlət Universitetinin müəllimi
Fərəh Miriyeva - Naxçıvan Dövlət Universitetinin magistrantı
Nəşr tarixi : 2021
Qadın hüquqlarının qorunması və gender bərabərliyi problemi hər şeydən əvvəl ölkədə insan hüquqları üzrə qanunvericiliklə bağlıdır. Lakin cəmiyyətdə tarixən formalaşan adət-ənənələr, iqtisadi konyunktura, təhsil səviyyəsi və sair amillər də təsirsiz ötüşmür. Elə ona görə də ölkələr qadın hüquqlarının qorunması və gender bərabərliyi ilə bağlı problemin həllində birbirindən kəskin fərqlənən səviyyələrdə inkişaf edirlər
Müəllif :
Lamiyə Zeynalova
Nəşr tarixi : 2022
Bu məqalədə beynəlxalq hüquq və milli təhlükəsizliyin qarşılıqlı nisbəti ilə bağlı məsələlər nəzərdən keçirilmişdir. Müəllif hesab edir ki, dünyada yeni hüquq qaydasının əsasını güc faktoru deyil, qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlər, xüsusən də, suveren bərabərlik, əməkdaşlıq, çoxtərəfli diplomatiya, dialoq və s. bu kimi faktorlar təşkil etməlidir. Həmçinin məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalmasının yalnız milli və regional deyil, həm də müəyyən mənada beynəlxalq təhlükəsizlik üçün təhdid təşkil etdiyi əsaslandırılır
Müəllif :
İsmayıl Kəngərli
Nəşr tarixi : 2022
В данной статье рассматривается история внедрения договора лизинга в Азербайджанское законодательство, а также некоторые практические моменты ее становления. Проводиться сравнительный анализ действующего законодательства с предыдущим, регулирующим порядок заключения и исполнения данного договора и рассматривающего его как особый вид услуг. В статье также отмечено, что на практике предпринимались ошибочные попытки подогнать лизинг под договор кредитования, что не отвечает ее правовой природе. По данному вопросу анализируется соответствующее Постановление Конституционного Суда Азербайджанской Республики. В статье проводиться классификация форм договора лизинга и раскрывается ее содержание со ссылкой на законодательство, юридическую литературу, а также судебную практику.
Müəllif :
Шафа Гулиева - Диссертант кафедры международного частного права и европейского права Бакинского государственного университета
Nəşr tarixi : 2021
Kapitalist iqtisadi sistemin ən əsas tələblərindən biri, güclü mülkiyyət hüquqları sistemidir. Mülkiyyət hüquqlarının tərifi, bölüşdürülməsi və qorunması hər bir cəmiyyətin həll etməli olduğu ən vacib məsələlərdən biridir. Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycanın imzaladığı beynəlxalq konvensiyalara söykənərək, Azərbaycanda mülkiyyət və mənzil hüquqlarını təmin edir. Xüsusi mülkiyyət hüququ, hüquqların hər hansı bir hissəsini sahibinin müəyyən etdiyi qiymətə dəyişdirmək və ya hədiyyə etmək yolu ilə həvalə etmək, icarəyə götürmək və ya satmaq hüququnu əhatə edir. Məqalədə, orijinal konstitusiya mülkiyyəti bəndinin hazırlanmasından və qanunvericilik və konstitusiya təkamülündən soz açılır və göründüyü kimi, Azərbaycanın iqtisadi inkişaf və sosial bölgü hədəflərinə çatmaq üçün cəmiyyətdəki mülkiyyət münasibətlərini yenidən formalaşdırmağa onu daha mütərəqqi etməyə ehtiyac vardır. Bu məqalənin əsas məqsədi mülkiyyət hüquqları ilə bağlı Azərbaycan Respublikasının qanunvericilik bazasının izahını verməkdir. Gəldiyimiz nəticə odur ki, konstitusiyanın mülkiyyət hüquqlarına aid bir sıra hissələrində məzmunla bağlı dəyişikliklər olmalıdır. Bu analizin jurnalistlər, media işçiləri, vətəndaşlar və hüquqşünaslar, habelə mülkiyyət hüquqları ilə əlaqəli hüquqi məsələlərlə maraqlanan vətəndaş cəmiyyəti və hökumət rəsmiləri üçün faydalı olması nəzərdə tutulur.
Müəllif :
h.ü.f.d. Səftər Rəhimli
Nəşr tarixi : 2021
Məqalədə qədim Yunanıstanda müqavilə münasibətlərinin və hüququnun formalaşmasının tarixi, sosial-iqtisadi və hüquqi əsasları, şərtləri, mahiyyəti, öz dövrünə və yerinə görə xarakterik xüsusiyyətləri, sonrakı mərhələdə dünyanın (xüsusilə, qədim Romanın) hüquq düşüncənin və qanunvericiliyin inkişafına təsiri, həmçinin, burada müqavilə sahəsində mövcud olmuş əsas müddəa, norma, institut və formaların məzmunu və meydana gəlmə səbəbləri və tətbiqi təcrübəsi təhlil edilir. Mövzunun araşdırılması üçün müəllif xronoloji ardıcıllığa uyğun olaraq, qədim yunan şəhər-dövlətlərinin (xüsusilə, Afinanın) tarixi-coğrafi, sosial-iqtisadi, dövlət quruluşu, siyasi və hüququ (əsasən, müqavilə ilə bağlı) vəziyyəti ilə əlaqədar məlumatları tədqiqata cəlb etmişdir.
Müəllif :
Eldar Qocayev - hüquq üzrə fəlsəfə doktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı
Nəşr tarixi : 2021
Təqdim olunan məqalədə demokratik hüquqi dövlət şəraitində vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanlarının qarşılıqlı fəaliyyəti konsepsiyası, onların qarşılıqlı fəaliyyəti, hakimiyyət bölgüsü prinsipinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolu və iştirakı təhlil edilir. Hakimiyyətin həyata keçirilməsinin nəzəriyyəsi və praktikası ilə bağlı məsələlərin hərtərəfli tədqiqi, onun cəmiyyətlə qarşılıqlı əlaqəsinin xüsusiyyətlərinin öyrənilməsi məsuliyyətli vətəndaşlığın formalaşmasına kömək edir, bunsuz hüquqi dövlət və vətəndaş cəmiyyətini yaratmaq mümkün deyil. Hakimiyyət bölgüsü nəzəriyyəsinin öyrənilməsi prosesində dövlət-hakimiyyət münasibətlərinin tənzimlənməsində hüququn rolunu göstərmək vacibdir. Bütövlükdə vətəndaş cəmiyyətinin işinin konstruktivliyi və səmərəliliyi vətəndaş cəmiyyəti subyektlərinin fəaliyyətinin tənzimlənməsinin konstitusiya-hüquqi mexanizminin səmərəliliyindən, bu subyektlərin dövlət orqanları ilə qarşılıqlı əlaqə mexanizmindən asılıdır. Məqalədə Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti və dövlətin qarşılıqlı əlaqəsinin konstitusiya və hüquqi aspektləri araşdırılır ki, bu da həm vətəndaş cəmiyyəti institutlarının dövlət orqanlarına, həm də dövlət orqanlarının vətəndaş cəmiyyəti institutlarına təsir formalarını əhatə edir.
Müəllif :
Mehriban Babaxanova - hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti
Nəşr tarixi : 2021
Məqalədə müasir konstitutsiyanın oxşarı kimi Spartada Likurqun, Afinada Solonun, Romada Serviy Tulliyin qanunları və bu qanunlar nəticəsində aparılan köklü islahatlar nəticəsində Spartada aristokratik dövlətin, Afinada quldarlıq demokratiyasının, Romada aristokratik respublikanın yaranması tarixi aspektdə baxılır; XVII-XVIII əsrlərdə meydana gəlmiş müasir - ABŞ və Avropada (Polşa, Fransada) Konstitusiyları təhlil edilir. Məqalədə həmçinin Konstitusiyanın xarakterik xüsusiyyətləri, Konstitutsiyanın dəyişdirilməsini şərtləndirən səbəbləri, hüquqi və faktiki konstitusiyaların qarşılıqlı təsir prosesində siyasi və sosial iqtisadi reallığı uyğun Azərbaycan Respublikasının Yeni Konstitusiyasının (1995) qəbul edilməsi göstərilir.
Müəllif :
Əli Rzayev - hüquq elmləri doktoru, professor, AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi
Nəşr tarixi : 2021
Məqalədə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti, İkinci Qarabağ müharibəsi və aparıcı dünya mediasının fəaliyyəti təhlil edilir. Göstərilir ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı bütün dünyanın bildiyi həqiqət olsa da, münaqişəyə ikili yanaşma onun həllinin 30 il müddətində nizama salınmaması ilə nəticələndi. ATƏT-in Minsk Qrupu çərçivəsində həllini tapmayan Dağlıq Qarabağ konfliktinin 2020-ci il 27 sentyabr tarixində növbəti mərhələsinə qədəm qoymasından, qeyd edilən tarixdə Ermənistan silahlı qüvvələrinin hücumunun tərəflər arasında irimiqyaslı hərbi əməliyyatların başlaması ilə nəticələnməsindən, 44 günlük Vətən Müharibəsində Azərbaycanın təkcə hərbi sahədə deyil, diplomatik arenada və informasiya müharibəsində də birmənalı qələbə qazanmasından bəhs edilir. Həmçinin İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın nəhəng media korporasiyalarına müsahibələri, Qərb mətbuatı və Rusiya kütləvi informasiya vasitələrinin əsasən birtərəfli mövqe nümayiş etdirmələri, müharibə ilə bağlı məlumatlarında jurnalistikanın prinsip və funksiyalarına əməl etməmələri təhlil edilir. Məqalədə habelə müharibə başlayan gündən obyektiv və həqiqətə söykənən mövqeyi ilə ölkəmizə tam və birmənalı informasiya dəstəyi verən Türkiyə mətbuatının, “Al-Jazeera” beynəlxalq telekompaniyasının ərəb xidmətinin məlumatları da nəzərdən keçirilir.
Müəllif :
Pərvanə İbrahimova - siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti
Nəşr tarixi : 2021