Hesabat, toplanmış məlumatların hərtərəfli təhlili əsasında yeniyetmələrin hüquq düşüncəsinin formalaşmasında ailə, məktəb, cəmiyyət və medianın rolunu tədqiq edir. Tədqiqat nəticəsində Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsinin səviyyəsini artırmaq, hüquqi maarifləndirməni gücləndirmək və hüquq düşüncəsinin inkişafına töhfə vermək üçün konkret təkliflər və tövsiyələr irəli sürülmüşdür. Bu tövsiyələr dövlət orqanları, təhsil müəssisələri, valideynlər və vətəndaş cəmiyyəti təşkilatları üçün praktiki əhəmiyyət daşıyır. Ümid edilir ki, bu tədqiqat hesabatı yeniyetmələrin hüquq düşüncəsinin öyrənilməsinə və onun inkişafına dair gələcək araşdırmalar və addımlar üçün fundamental baza rolunu oynayacaqdır.
Müəllif :
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Nəşr tarixi : 2025
2015-2026-cı illər ərzində hüquq elminin müxtəlif sahələri üzrə nəşr olunan dərslik və dərs vəsaitlərinin siyahısı
Müəllif :
Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2026
Təqdim olunan hesabat Azərbaycan Respublikasında xüsusi olaraq Cinsi və Reproduktiv Sağlamlıq və hüquqlar (CRSH) üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin təhlilinə həsr olunmuş ilk qiymətləndirmənin nəticələrini əks etdirir.
Müəllif :
UNFPA
Nəşr tarixi : 2015
Bu hesabat - doğulanların cins nisbətində baş verən dəyişikliklərin müxtəlif ssenarilərinin Azərbaycanın gələcək nəsillərinin strukturuna təsirinə dair proqnozları təqdim edir.
Müəllif :
UNFPA
Nəşr tarixi : 2015
Bu tədqiqat kişi və qadınların gender normaları ilə bağlı təcrübəsi və bu məsələlərə dair yanaşma tərzi, gender bərabərliyi siyasətinə münasibət, qayğı göstərmə və kişilərin ata qismində iştirakı da daxil olmaqla ev təsərrüfatındakı dinamika, ailə daxili zorakılıq, sağlamlıq və iqtisadi təzyiq kimi məsələləri əhatə edən ən müfəssəl araşdırma hesab olunur.
Müəllif :
UNFPA
Nəşr tarixi : 2018
Dəlillərə söykənən məlumatlar əsasında hazırlanmış sənəddə Azərbaycanda gender-əsaslı cins seçimi fenomeni ilə bağlı mövcud vəziyyət, ölkədə doğulan uşaqlar arasında cins nisbətinin pozulması problemi və cinsə görə seçimi şərtləndirən səbəblər, bu sahədə ölkədə mövcud olan milli qanunvericilik çərçivəsi və ölkənin qoşulduğu beynəlxalq konvensiya və sənədlərə dair məlumatlar əksini tapır.
Müəllif :
UNFPA
Nəşr tarixi : 2018