Müdafiə nitqinin anlayışı, prosessual əhəmiyyəti və subyektlərinin dairəsi - Azərbaycan Vəkili Jurnalı №7 (2015)

Açıqlama:

Məqalədə müdafiə nitqinin (təqsirləndirilən şəxsin son sözünün) anlayışı, prosessual əhəmiyyəti və subyektlərinin dairəsi araşdırılır. Geniş mənada müdafiə nitqi dedikdə, məhkəmə baxışında iştirak edən müdafiə tərəfi subyektlərinin öz mövqelərini müdafiə etmək və müdafiə funksiyasından irəli gələn hüquq və vəzifələrin realizə edilməsi məqsədi ilə söylədiyi bütün nitq növləri, yəni həm giriş nitqi, həm məhkəmə çıxışları, həm replikalar, həm məhkəmədə həll edilən aralıq məsələlərə dair fikir bildirərkən söylədikləri nitqlər və etdikləri çıxışlar başa düşülür. Dar mənada isə, müdafiə nitqi dedikdə məhkəmə istintaqından sonra həyata keçirilən məhkəmə çıxışlarında müdafiə tərəfi subyektləri tərəfindən söylənilən yekun nitq, eləcə də, təqsirləndirilən şəxsin son sözü nəzərdə tutulur.


Müəllif : Ərəstun Qasımov Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2015
Yüklənmə sayı : 51

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir