Artıq vəkillik fəaliyyəti ölkəmizdə beynəlxalq aləmlə sıx inteqrasiya olunmuş peşə sahəsinə çevrilmişdir. Günümüzdə vəkillik fəaliyyətinin beynəlmiləlləşməsinin səbəbi beynəlxalq kommersiya münasibətlərinin inkişaf etməsi, dünyada korporativ münasibətlərin unifikasiya olunmasıdır. Beynəlxalq münasibətlərin özü isə özlüyündə onun koordinasiya olunmasını tələb edir. Həmin koordinasiya təkcə beynəlxalq sənədlərlə deyil, həmçinin həmin sənədlər əsasında formalaşdırılmış universal institutlar əsasında həyata keçirilir.
Qiymətləndir