Fiziki şəxsin həyat və sağlamlığına vurulmuş zərər delikt hüququnun əsas anlayşlarından biri kimi - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №4 (2021)

Açıqlama:

Hüquqi anlayış olaraq zərər istilahının tarixi kökləri çox qədimlərə gedib çıxır. Belə ki, hələ Roma hüququnda əmlak zərərinin ödənilməsi mövzusuna xüsusi diqqət yetirilmiş, baxmayaraq ki, bu hüquq sistemində qeyri-əmlak xarakterli zərərin ödənilməsi ilə də bağlı birmənalı mövqe olmamışdır. Zərərin ödənilməsinin əsası qismində isə hüquq pozuntusu və ya delikt çıxış etmişdir. Belə öhdəliklər hər hansı müqavilənin icra edilməməsi və ya lazımi qaydada icra olunmaması nəticəsində, yaxud da baş verən zərərin öz üzərinə götürülməsi üzrə xüsusi müqavilə münasibətlərindən yaranmışdır.


Müəllif : Aynurə Məmmədzadə - Bakı Dövlət Universitetinin “Mülki hüquq” kafedrasının doktorantı
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 34

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir