“Правовые аспекты Нагорно-Карабахского конфликта”-результат кропотливой работы автора. Настоящее исследование дипломата и юриста правовых аспектов Нагорно-Карабахского конфликта, одного из самых затяжных и жестоких конфликтов современности, основано на всестороннем международно-правовом анализе многочисленной теоретической и фактической информации, аргументов противоположных сторон, мнениях признанных ученых и экспертов, а также личном опыте и
непосредственном участии автора в дискуссиях по рассматриваемому вопросу на международном уровне.
Müəllif :
Тофик Мусаев
Nəşr tarixi : 2001
Elmi əsər hüquq elminin, inzibati hüquq sahəsinin əsaslarını, təməl müddəalarını qısa və konkret şəkldə araşdırıb izah etmək məqsədini güdür. Əsərdə vətəndaşlar tərəfindən dövləti idarəetmə hüququ, idarəçlik prinsipləri, eləcə də forma və metodları
aydın şəkldə gostərilir. Bundan savayı, burada inzibati-hüquq tənzimləmənin obyekti, inzibati-hüquq münasibətləri subyektlərinin hüquqi statusu, dövlət idarəçiliyi (hakimyyət) orqanları quruluşu və ələlxüsus inzibati hüququn təminatı və digər müddəalar öz
əksini tapmışdır.
Müəllif :
Bəxtiyar Atakişiyev
Nəşr tarixi : 2008
В книге проводится правовой анализ международных преступлений в отношении азербайджанской государственности и азербайджанского народа, совершенных армянами и продолжающихся сегодня со стороны Армении. При этом
автор руководствуется важнейшими универсальными и региональными международно-правовыми нормами, решениями международных организаций, трудами ведущих ученых, проводящих исследования в различных областях, и международными судебными прецедентами.
Müəllif :
Амир Алиев
Nəşr tarixi : 2018
Kitapta Azerbaycan devletine ve halkına karşı ermeniler tarafından işlenen, halen
de Ermenistan Cumhuriyeti tarafından sürdürülen uluslararası suçların hukuki analizi
yapılıyor. Çalışmada konuyla ilgili önemli evrensel ve bölgesel uluslararası hukuki
kurallar, uluslararası kuruluşların kararları, çeşitli alanlarda araştırmalar yapan ünlü
bilim adamlarının eserleri ve uluslararası mahkeme kararları dikkate alınmıştır.
Müəllif :
Amir Aliyev
Nəşr tarixi : 2018
Bayraq Azərbaycan Respublikasının mühüm dövlət rəmzlərindən biridir. Planetimizin hər bir ölkəsi kimi Azərbaycan Respublikası da dünya dövlətlən sırasında öz bayrağı ilə təmsil olunur, tanınır. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları dövlətin xarakterinə, xalqın düşüncəsinə, milli mənəvi keyfiyyətlərinə uyğun bır tərzdə seçilirdi. Bu səbəbdən istər tarixdə, istərsə də indinin özündə hər hansı bır ölkənin bayrağına diqqət yetirsək, həmin bayraq altında hansı cəmiyyət yer alıbsa onun simasını, keçdiyi tarixi inkişafyolunu, bayraqdakı təsvir və rənglərin mənasını görə bilərik. Ölkəmizin başı üzərində dalğalanan üç rəngli bayrağımız da Azərbaycan xalqının milli mənsubiyyətini, mənəvi dünyasını, tarixi keçmişini və müasir mədəni inkişafıni təcəssüm etdirir.
Müəllif :
Əşrəf Əhmədov
Nəşr tarixi : 2017
Kitabda Azərbaycan dövlətçiliyinə və xalqına qarşı ermənilər tərəfindən törədilən, hazırda da Ermənistan Respublikası tərəfindən davam etdirilən beynəlxalq cinayətlərin hüquqi təhlili aparılır. Bu zaman mühüm universal və regional beynəlxalq hüquqi normalara, beynəlxalq təşkilatların qərarlarına, müxtəlif sahələrdə tədqiqatlar aparan tanınmış alimlərin əsərlərinə və beynəlxalq məhkəmə presedentlərinə geniş istinadlar edilir.
Müəllif :
Əmir Əliyev
Nəşr tarixi : 2018
Qarabağ müharibəsində erməni işğalçılarına qarşı mərdliklə döyüşmüş,
onların azərbaycanlılar əleyhinə törətdikləri qanlı cinayətləri gözləri ilə
görmüş polis polkovniki Sadir Məmmədov təqdim olunan dərs vəsaitində tarix
və müasirlik baxımından tutarlı dəlillərlə erməni saxtakarlığını, Qarabağ
həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Ümummilli
liderimiz H.Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rolu və fəaliyyəti, Ermənistan tərəfindən işğal edilmiş
Azərbaycan ərazilərində beynəlxalq hüquqa zidd olan əməlləri, postsovet
məkanında baş verən etnik münaqişələri Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ konflikti kontekstində təhlil etməyə və üzə çıxarmağa çalışmışdır.
Müəllif :
Sadir Məmmədov, Tural Məmmədov
Nəşr tarixi : 2018
Dərs vəsaitində yol hərəkətinin beynəlxalq-hüquqi tənzimlənməsi və milli qanunvericilik məsələləri hüquqi cəhətdən araşdırılmışdır. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirakı, yol hərəkəti qaydalarının hüquqi nizama salınması və yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyətin hüquqi aspektləri, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə inzibati nəzarətin həyata keçirilməsinin xüsusiyyətləri tədqiq edilmişdir.
Müəllif :
Etibar Əliyev
Nəşr tarixi : 2003
Monoqrafiya kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji
problemlərinin tədqiqinə həsr edilmişdir. Respublikada baxılan problem üzrə ilk
tədqiqat işi olan əsərdə kütləvi iğtişaş əməlləri ilə bağlı Azərbaycan Respublikasının
cinayət qanunvericiliyinin inkişaf tarixi izlənilmiş, müvafiq cinayət tərkibinin hüquqi
təhlili aparılmış, kütləvi iğtişaş cinayətlərinin kriminoloji xüsusiyyətləri nəzərdən
keçirilmişdir. Əsərdə kütləvi iğtişaş əməlləri ilə bağlı Azərbaycan Respublikasının
cinayət qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürülmüş, kütləvi iğtişaş
əməllərinin qarşısının alınması və profilaktikası sahəsində tövsiyələr kompleksi işlənib
hazırlanmışdır.
Müəllif :
Adil Əliyev
Nəşr tarixi : 2012
Kitabda İnsan Hüquqları Ümumi Bəyannaməsi və Azərbaycan Respublikasının Konstitusiyası arasında paralellər aparılaraq, Bəyannamənin müvafiq maddələri ilə Konstitusiyanın uyğun maddələri paralel şəkildə verilmişdir. Kitabdan insan hüquqlarının müdafiəsi ilə məşğul olan təsisatlar, praktik işçilər, müəllim və tələbələr, həmçinin insan hüquqları ilə maraqlanan digər şəxslər istifadə edə bilərlər.
Müəllif :
Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) aparatı
Nəşr tarixi : 2003