“Gender Bərabərliyi” kitabı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ GmbH) tərəfindən icra edilən Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə layihəsi çərçivəsində nəşr olunmuşdur. Hüquqi vəsaitdə kişi və qadınlar arasında bərabərliyin təmin edilməsi, cinsi ayrı-seçkiliklə mübarizə, qadınların qərarqəbuletmədə təmsilçiliyi, beynəlxalq təşkilatların təcrübəsi və digər məsələlər əks olunub. Dərs vəsaiti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsasən hazırlanıb. 6 fəsildən ibarət vəsait aydın və anlaşıqlı dildə yazılıb, ali təhsil ocaqları və dövlət orqanlarının istifadəsi üçün yararlı hesab edilir. Vəsaitin ali təhsil ocaqlarında “İnsan hüquqları”, “Gender bərabərliyinə giriş”, “Ailə hüququ” və digər fənnlərin tədrisində tətbiqi məqsədəuyğun hesab edilir.
Müəllif :
Səfərov Elgün, Səfərova Nigar
Nəşr tarixi : 2023
Qərbi Azərbaycandan etnik təmizlənmənin sonuncu mərhələsi (1987-1991) Çalxanqalaya köç kitabı. "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin "Çalxanqala: qaçqınların qayıdış həsrəti" layihəsi çərçivəsində hazırlanmışdır. Kitabda sonuncu etnik təmzilənmənin başlanması fonunda Qarabağı Ermənistana birləşdirlməsi "harakatının" ideoloqları Sumqayıt təxribatı, Quqark faciasi, Hamamlı zəlzələsi və digər hadisələr tarix və hüquq kontekstində araşdırılmış həmçinin Qərbi Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndinə köçürülən əhali barəsində də geniş məlumatlar əksini tapmışdır.
Müəllif :
Səməd Vəkilov
Nəşr tarixi : 2024
"Azərbaycan mediasında gender həssaslığının artırılması: Jurnalistlər üçün təlimat kitabı" adlı bu vəsait Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx tərəfdaşlıq çərşivəsində həyata keçirdiyi "Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Program" çərçivəsində Azərbaycan Mətbuat Şurası ilə birgə hazırlanıb.
Müəllif :
Ayşe Karabat, Həmmüəlliflər: Semin Gümüşel Güner və Aygün Asimqızı
Nəşr tarixi : 2020
Kitabda sülh və təhlükəsiz yaşamaq hüququnun təminatının beynəlxalq hüquqi məsələləri təhlil olunub. Elektron kitabda həmçinin Cənubi Qafqazda sülhün və təhlükəsiz yaşamaq hüququnun təminatı ilə bağlı bəzi zəruri məqamlara toxunulur.
Müəllif :
Səyyad Məcidli
Nəşr tarixi : 2024
Bu hesabat iqtisadiyyat üzrə fəlsəfə doktoru Qanna Qerasimenko tərəfindən hazırlanıb. Tədqiqatın strukturu və metodologiyası Avropa Gender Bərabərliyi İnstitutunun (EİGE) Birləşmiş Krallıq (2014) və Ukraynada (2016-2017) vəziyyətin təhlili çərçivəsində uğurla sınaqdan keçirilmiş yanaşmaları əsasında hazırlanıb. Gender məsələləri üzrə ekspert Xalisə Şahverdi bu hesabatın hazırlanmasına texniki və informasiya dəstəyi göstərib. Bu hesabatın ərsəyə gəlməsi üçün məlumatların toplanması və metodoloji məsələlərin müzakirəsində bir çox yerli ekspertlər də töhfə vermişdir.
Müəllif :
Qanna Gerasimenko - beynəlxalq mütəxəssis
Nəşr tarixi : 2020
"Qanunçuluq" jurnalı 1966-cı ildən nəşr olunur. Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu sahəsində görülən işləri, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatını, ədliyyə və məhkəmə fəaliyyətini işıqlandırır, öz səhifələrində görkəmli alimlərin, təcrübəli hüquqşünasların məqalələrinə və gənc mütəxəssislərin çıxışlarına yer verir, Azərbaycan ədliyyəsinin tarixi, məhkəmə təcrübəsi və digər mövzularda materiallar, eləcə də yeni qəbul olunan qanunların, fərmanların və digər normativ-hüquqi aktların mətnlərini müntəzəm şəkildə dərc edir.
Müəllif :
Fikrət Məmmədov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Nəşr tarixi : 2021
Kitab mediator olmağa hazırlaşan namizədlər, mediatorlar, hüquqşünaslar, tələbələr və bu kimi fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulmuşdur. Kitabın məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. Kitab Avrasiya Hüquqşünaslar Assosiasiyası İB tərəfindən həyata keçirilən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Mediasiyanın metodologiyası" layihəsi çərçivəsində Mediasiya Şurasının metodiki dəstəyi və rəyi əsasında çap olunmuşdur.
Müəllif :
İrakli Kandaşvili
Nəşr tarixi : 2024
Bu kitab İstanbul Ticarət Universitetinde Prof. Dr. Kayıhan İçelin elmi rəhbərliyi ilə yazılmış olan “Karşılaşdırılmalı Hukukta Suçun Unsurları” magistr işi əsasında Azərbaycan dilində hazırlanmışdır. Türkcə orijinal variant tez.yok.gov.tr internet səhifəsində 701949 nömrəli magistr işi adı altında yerləşdirilmişdir. Magistr işi Kayıhan İçelin rəhbərliyi ilə Prof. Dr. Uğur Yiğit ve Dr. Zafer İçerin iştirak etdiyi paneldə müdafiə edilmişdir.
İstanbul Ticarət Universiteti Sosial Elmlər Enstitüsünun 2021-531/01 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Müəllif :
Röyal Məhərrəmov
Nəşr tarixi : 2022
“Cinayət hüququnun aktual problemləri” adlı elmi məqalələr Məcmuəsi Bakı Dövlət
Universiteti Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının 95 illik yubileyinə həsr edilmişdir. Məcmuədə cinayət hüququnun, transmilli cinayət hüququnun, müsəlmən cinayət hüququnun, kriminologiya və cəza-icra hüququnun müxtəlif məsələlərinə həsr edilmiş Azərbaycan və xarici ölkələrin tanınmış alimləri ilə yanaşı gənc tədqiqatçıların da məqalələri oxucuların diqqətinə təqdim olunur. Məqalələr Azərbaycan, türk, rus, və ingilis dillərindədir.
Cinayət hüququnun müxtəlif aktual problemlərinə həsr olunmuş elmi məqalələrin Məcmuəsi “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan, elmi tədqiqat fəaliyyəti ilə məşğul olannşəxslərə, məhkəmə, prokurorluq, vəkillik və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün nəzəri və təcrübi maraq kəsb edə bilər.
Müəllif :
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrası
Nəşr tarixi : 2022
Monoqrafiya transmilli cinayət hüququnda mövcud olan nəzəri və praktiki problemlərə həsr edilib. Monoqrafiyada transmilli cinayət hüququnun anlayışı və xüsusiyyətləri, transmilli cinayətlərin anlayışı və təsnifatı, beynəlxalq cinayətlər və beynəlxalq xarakterli cinayətlərə görə məsuliyyət məsələləri tədqiq edilir, həmçinin Azərbaycan Respublikasının cinayət hüququnda beynəlxalq cinayətlər və beynəlxalq xarakterli cinayətlərlə bağlı mövcud olan nəzəri və praktiki problemlər araşdırılaraq, Azərbaycan Respublikasının qüvvədə olan CM-nin transmilli cinayətlərlə bağlı normalarının təkmilləşdirilməsinə yönəlmiş problemli məsələlərin həlli ilə bağlı bir sıra təklilər irəli sürülür. Kitab transmilli cinayət hüququ üzrə ixtisaslaşan doktorantlar, magistrantlar və tələbələr üçün nəzərdə tutulmuşdur, habelə bu sahə ilə maraqlanan və elmi tədqiqat aparan hüquqşünas kadrlar və müəllimlər üçün maraq kəsb edə bilər.
Müəllif :
Şəhla Səmədova
Nəşr tarixi : 2023