Dövlət idarəetmə nəzəriyyəsi (Dərs vəsaiti)

Açıqlama:

Qloballaşan və sürətlə dəyişən dünyada dövlətin idarəetmə mexanizmlərinin təkmil- ləşdirilməsi, idarəetmə proseslərinin səmərəli təşkili və bu sahənin elmi əsaslarla qurul- ması dövlətçilik ənənələrinin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə “Dövlət idarəetmə nəzəriyyəsi” fənninin öyrənilməsi gələcək idarəedicilər, dövlət qulluqçuları, hüquqşünaslar və digər əlaqədar sahə mütəxəssisləri üçün vacib el- mi-pedaqoji baza formalaşdırır. Müasir dövrdə ölkəmizdə aparılan institusional islahatlar, idarəetmədə şəffaflıq və məsuliyyətin artırılması, yeni texnoloji həllərin tətbiqi bu fənnin praktiki əhəmiyyətini daha da artırır. Fənn yalnız nəzəri biliklərin deyil, həm də analitik düşüncə və tətbiqi bacarıqların inkişafına yönəlib. Dərs vəsaiti bu istiqamətdə elmi əsaslara söykənən sistemli biliklərin təqdim olunmasını hədəfləyir. Kitabda dövlət idarəçiliyinin ta- rixi inkişafı, müasir nəzəriyyələri, idarəetmə modelləri, dövlət orqanlarının funksiyaları, idarəetmə qərarlarının qəbulu mexanizmləri və səmərəlilik meyarları ardıcıl və aydın şəkil- də izah olunur. Vəsaitdə klassik və müasir idarəetmə yanaşmalarına geniş yer ayrılmış, Azərbaycan Respublikasında tətbiq olunan idarəetmə təcrübəsi xüsusi diqqətlə təhlil olun- muşdur. Eyni zamanda, beynəlxalq idarəetmə modelləri ilə müqayisəli təhlillər aparılmış, müxtəlif ölkələrin təcrübələri oxuculara təqdim edilmişdir. Dərs vəsaiti ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində “Dövlət və bələdiyyə idarəetməsi", "Hüquq", "Siyasi elmlər", "İqtisadiyyat", "İctimai idarəetmə" və digər ixtisaslar üzrə təhsil alan tələbələr, dövlət qulluğuna hazırlaşan namizədlər, eləcə də dövlət idarəçiliyi sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.


Müəllif : Aqil Qurbanov
Nəşr tarixi : 2026
Yüklənmə sayı : 71

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir