İqtisad üzrə fəlsəfə doktoru, dosent Müşfiq Köçəri oğlu Ramazanov tərəfindən yazılan dərslikdə maliyyə hüququnun müstəqil elm kimi inki- şafı, onun predmeti, aktuallığı, məqsədi, maliyyə hüququ sistemi, ma- liyyə hüququnun prinsipləri ilə yanaşı, maliyyə hüquq münasibətlərinə aid digər mövzuların da hər birinin müfəssəl şərhi verilmişdir. Eyni zamanda dərslikdə maliyyə hüququnun digər hüquq sahələri ilə əlaqəsi, Azərbaycan Respublikasının maliyyə, büdcə, bank sistemi, maliyyə, valyuta nəzarəti, vergi və sığorta münasibətlərinin hüquqi tənzimlənməsi, büdcədənkənar dövlət fondlarının fəaliyyətinin hüquqi tənzimlənməsi və s. kimi aktual məsələlərə də geniş yer verilmişdir. Dərslik DTX-nin Heydər Əliyev adına Akademiyasının kursant və dinləyiciləri, həmçinin digər universitetlərin hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr, doktorantlar, mütəxəssis və müəllimləri üçün nəzərdə tutulmuşdur.
Qiymətləndir