Beynəlxalq tibb hüququ – xüsusi hissə. Dərs vəsaiti

Açıqlama:

Azərbaycan Respublikasında, ilk dəfə olaraq, geniş formatda və təhsil standartlarına uyğun tərtib edilmiş bu əsərdə beynəlxalq tibb hüququnun xüsusi hissəsi ilə bağlı məsələlərin əhatəli şəkildə işıqlandırılmasına təşəbbüs göstərilir. Burada beynəlxalq tibb hüququnun xüsusi hissəsinin institutlarına anlayış verilir, ayrı-ayrı tibbi fəaliyyət istiqamətləri üzrə beynəlxalq münasibətlərin və əlaqələrin hüquqi tənzimlənməsinin xüsusiyyətləri şərh edilir. Səhiyyə və tibb fəaliyyəti sahəsində ən yeni qanunvericilik aktları və çoxsaylı elmi mənbələr əsasında hazırlanmış bu fundamental əsər beynəlxalq tibb hüquq elmində mövcud olan boşluqların doldurulmasına, höquqi alqoritm və nihilizm təzahürlərinin aradan qaldırılmasına xidmət edir. Möasir dövrdə səhiyyə, təbabət və tibb sferasında baş verən qlobal inteqrasiya prosesləri fonunda əhalinin, xösusən də, gənc nəslin bu istiqamətdə maariflənməsi, cəmiyyətdə höquqi döşöncə və tibb mədəniyyətinin formalaşması baxımından, dərs vəsaiti mühüm əhəmiyyətə malikdir. Dərs vəsaitindən ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, tibb hüquq elmi sahəsində çalışan mütəxəssislər, praktik işçilər və digər şəxslər faydalana bilərlər.


Müəllif : Fatimə Hüseynova
Nəşr tarixi : 2024
Yüklənmə sayı : 31

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir