Məqalələr toplusunda robotların hüquqi rejiminin təhlili aparılır, normayaradıcılıq təşəbbüsləri qiymətləndirilir. Məlum olduğu kimi, hazırda robotlara və süni intellektin digər daşıyıcılarına hüquq subyektliliyinin verilməsi məsələsi müzakirə olunur. Lakin perspektivdə gec-tez bu kontekstdə məsuliyyətin ünvanlılığı ilə bağlı normalar hüquqi gündəmə daxil olacaq. Robotlara hüquqların verilməsi müasir texnologiyaların bütün müxtəlifliyini və yuxanda göstərilən özəllikləri nəzərə almalıdır. Məqalədə robototexnika sahəsində gələcək nizamlanmanın mümkün modelləri təhlil olunur. Müasir mərhələdə süni intellektin tətbiqi, bu sahədə aparılan tədqiqatlarda qaldırılan hüquqi əhəmiyyətli problemlər, həmçinin süni intellektdən istifadənin hüquqi tənzimlənməsində boşluqların aradan qaldırılması məqsədilə yeni strategiya və hüquqi normaların formalaşması kimi məsələlərin gələcəkdə müzakirəsi üçün təkliflər irəli sürülmüşdür.
Qiymətləndir