Texnoloji inkişafın məhsulu olan süni intellektin cəmiyyət həyatında rolu artdıqca dövlətlər iqtisadi və hüquqi tənzimləmə problemləri ilə üzləşirlər. Məqalədə məhz bu problemlərdən biri olan süni intellektin vergiyə cəlb olunması müxtəlif aspektlərdən araşdırılmışdır. Eyni zamanda mövcud təkliflər, onların əleyhinə və lehinə olan arqumentlər müxtəlif mənbələrə istinad edilməklə qeyd olunmuşdur. Bununla yanaşı, dövlətlərin və beynəlxalq qurumların bu sahədə təcrübələri və atdığı addımlar tədqiq edilmişdir. Son olaraq, sözügedən sahədə verginin təyin olunmasının müvafiq çətinliklərindən bəhs edilmişdir
Qiymətləndir