Övladlığagötürmənin genezisi və inkişaf tarixi - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №2 (2022)

Açıqlama:

Övladlığa götürmə institutu hələ patriarxal ailənin mövcud olduğu qədim dövrlərdən məlumdur. Belə ailənin tərkibinə eyni dərəcədə həm uşaqlar, həm kölələr, həm də başqa ailələrdən ailəyə qəbul edilənlər daxil idi. Lakin əvvəllər övladlığa götürmə icmanın sayını və möhkəmliyini qoruyub saxlamaq tələbatı ilə bağlı idisə, zaman keçdikcə övladlığa götürmənin başqa məqsədi ön plana çıxmağa başladı – sonsuz ər-arvadın ruhunu yad edəcək varisə malik olmaq. Bu qədim dövrün özünəməxsus təsiri idi, çünki xristianlıq dövründə mərhumun ruhuna qayğı göstərilməsini kilsəyə həvalə etmək mümkün idi, bütpərəstlik dövründə isə bu müstəsna olaraq yalnız onun uşaqlarının vəzifəsi idi. Bununla yanaşı, övladlığa götürmə zamanı yalnız övladlığa götürənin deyil, həm də övladlığa götürülənlərin maraqları nəzərə alınırdı [14, s. 105]. Bu zaman öz ailəsini itirənlərə daha çox üstünlüklər tanınırdı.


Müəllif : Səkinə Mehdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 7

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir