Özünü öldürmə həddinə çatdırmağa görə cinayət məsuliyyəti

Açıqlama:

Cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətin tərkibinin bütün əlamətlərini əks etdirən əməlin törədilməsidir. Cinayət məsuliyyəti yalnız cinayət-hüquqi münasibətlər çərçivəsində mövcud olur və həyata keçirilir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 125-ci maddəsi təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmağa görə məsuliyyət nəzərdə tutur. Məqalədə özünü öldürmə həddinə çatdırma cinayətinin anlayışı, ictimai təhlükəliliyi və bu cinayətə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin inkişaf tarixi araşdırılmışdır. Eyni zamanda özünü öldürmə həddinə çatdırmaya görə məsuliyyət nəzərdə tutan cinayət tərkibinin hüquqi təhlili – yəni özünü öldürmə həddinə çatdırma cinayət tərkibinin obyektiv əlamətləri, subyektiv əlamətləri, tövsifi və cəza təyini məsələləri tədqiq edilmişdir.


Müəllif : Günay Əliyeva
Nəşr tarixi : 2021
Yüklənmə sayı : 314

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir