Özünü öldürmə həddinə çatdirma ilə bağli cinayət qanunvericiliyində mövcud problemlər - Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri jurnalı №51 2019

Açıqlama:

İnsan üçün ən dəyərli olan onun həyatıdır. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinin birinci hissəsində deyilir: “Hər kəsin yaşamaq hüququ vardır” (1). İnsanın müstəqil olaraq həyatdan getməyə qərar vermək hüququ varmı? Bu suala cavab tapmaq üçün cinayət hüquq normasının məzmununa müraciət etmək çox yaxşı olardı. AR CM-nin 125-ci maddəsində insanın özünü öldürmə həddinə çatdırılmasının anlayışı verilmişdir. Həmin maddədə deyilir: “Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qərxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmaya görə məsuliyyət nəzərdə tutulur” (2).


Müəllif : A.E.Qasımov, Z.Z.Quliyev - Azərbaycan Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2019
Yüklənmə sayı : 29

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir