Ümummilli Lider Heydər Əliyev və hüquq-mühafizə sisteminin təkmilləşdirilməsi - Azərbaycan Prokurorluğu Elmi-praktiki jurnalı - Xüsusi buraxılış 2023

Açıqlama:

Hüququn aliliyinin, qanunçuluğun və ədalətin bərqərar edilməsi dərin dövlətçilik düşüncəsi, qeyri-adi idarəçilik bacarığı ilə seçilən Heydər Əliyevin bütün dövrlərdə rəhbərlik və liderlik strategiyasının ən mühüm istiqaməti, parlaq zəkasının yönəldiyi ən vacib məsələlərdən biri olub. Təbii ki, sovet hakimiyyəti dövründə hüquq sistemi mövcud ideologiyanın tələbləri, keçmiş ittifaq dövlətinin qanunvericiliyi əsasında qurulmuşdu. Çox gənc yaşlarından bu sistemdə fəaliyyətə başlayan və sıravi əməkdaşlıqdan dövlət təhlükəsizliyi orqanının rəhbəri vəzifəsinə, general rütbəsinə yüksələn Heydər Əliyev onun bütün xüsusiyyətlərini mükəmməl bilirdi.


Müəllif : Mobil Şəfiyev Bakı şəhər prokurorunun müavini, ədliyyə müşaviri
Nəşr tarixi : 2023
Yüklənmə sayı : 22

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir