İşğaldan azad olunmus Azərbaycanın canlı təbiətinə qarşı düşmən Ermənistan tərəfindən törədilən “Ekocinayətlər” - Polis Akademiyasının Elmi Xəbərləri Elmi Hüquq Jurnalı №3 (2022)

Açıqlama:

Bizi əhatə edən ətraf təbii mühit insanın həyatının şəraiti və vasitəsi, onun yaşadığı ərazi, dövlət hakimiyyətinin həyata keçirildiyi məkan, sənaye və kənd təsərrüfatı obyektlərinin, mədəni-məişət əhəmiyyətli digər obyektlərin yerləşdiyi ərazi rolunu oynayır. Beləliklə, mürəkkəb anlayış olan ətraf mühit çərçivəsində tarixi baxımdan təbiət və cəmiyyətin qarşılıqlı təsirinin iki forması inkişaf etmişdir. Bunlardan birincisi, insanın təbiətdən istifadəsi, yəni insanın öz maddi və mənəvi tələbatını təmin etmək üçün təbiətdən faydalanmasıdır. Bu formaya qaşılıqlı təsirin iqtisadi forması da demək olar. Qarşlılıqlı təsirin ikinci forması bioloji və sosial varlıq kimi insanın və onun təbii yaşayış mühitinin qorunub saxlanması məqsədi ilə ətraf təbii mühitin mühafizəsidir. Bu forma təbiət və cəmiyyətin qaşılıqlı təsirinin ekoloji forması adlanır.


Müəllif : Məhəmməd İmanlı - hüquq elmləri doktoru, professor
Nəşr tarixi : 2022
Yüklənmə sayı : 7

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir