“Cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması”1 prosessual institutu barədə tənqidi fikirlər söylənməsinin başlanğıcı onun təsbit edildiyi ilk günlərə təsadüf edir. Bu institut cinayət prosesinin çox nadir məsələlərindəndir ki, ona biganə qalan demək olar ki, yoxdur
Qiymətləndir